Azərbaycan Ordusunun kadr işləri üzrə heyətinin təlim-metodiki toplanışı keçirilib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Ordusunun kadr işləri üzrə heyətinin təlim-metodiki toplanışı keçirilib - FOTO

S.Xankişiyeva11:16 - 14 / 01 / 2022
Azərbaycan Ordusunun kadr işləri üzrə heyətinin təlim-metodiki toplanışı keçirilib - FOTO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 2022-ci il üçün təsdiq etdiyi plana əsasən birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin kadr işləri üzrə heyətinin təlim-metodiki toplanışı keçirilib.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.

Toplanışda çıxış edən Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini- Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilov ötən il ərzində kadr orqanı işçilərinin təkmilləşdirilməsi üzrə görülmüş işlər və 2022-ci ildə qarşıda duran vəzifələr barədə məlumat verib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda aparılan islahatların davam etdirildiyi və Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanıldığı xüsusi vurğulanıb.

2021-ci ilin ölkəmiz və ordumuz üçün uğurlu il olduğunu vurğulayan idarə rəisi Azərbaycan Ordusunun müasir orduların modelinə uyğun yeni inkişaf mərhələsinə keçməsi üçün təşkilati-ştat strukturunun təkmilləşdirildiyini qeyd edib.

Döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması üçün Azərbaycan Ordusunun strateji düşüncəyə malik, bacarıqlı kadrlarla komplektləşdirilməsi, peşəkar kadr heyətinin formalaşdırılması, inkişaf etdirilməsi və onların səmərəli istifadə olunmasının bütün səviyyədən olan idarəetmə subyektlərinin, o cümlədən kadr orqanı işçilərinin başlıca vəzifələrindən olduğunu bildirən idarə rəisi kadrların idarə edilməsində bir çox nailiyyətlərin əldə edildiyini və kadr idarəetmə sisteminin daha da təkmilləşdirildiyini qeyd edib.

General-mayor E.Xəlilov 2022-ci il üzrə qarşıda duran əsas tapşırıqları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Toplanışda Azərbaycan Ordusunun kadr işləri üzrə cavabdeh zabitləri də ordumuzun döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması üçün kadr hazırlığı və komplekləşdirmə üzrə həyata keçirilən fəaliyyətlər barədə məruzələrlə çıxış ediblə

Paylaş:
410

Son xəbərlər

Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31
Bütün xəbərlər