Zelenski azərbaycanlıların dövlət orden və medalları ilə təltif edilməsi barədə sərəncam imzalayıb | 1news.az | Xəbərlər
Siyasət

Zelenski azərbaycanlıların dövlət orden və medalları ilə təltif edilməsi barədə sərəncam imzalayıb

S.Xankişiyeva10:12 - 15 / 01 / 2022
Zelenski azərbaycanlıların dövlət orden və medalları ilə təltif edilməsi barədə sərəncam imzalayıb

Ukrayna Prezidenti Volodimir Zelenski azərbaycanlıların dövlət orden və medalları ilə təltif edilməsi barədə sərəncam imzalayıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu barədə Ukrayna Prezidenti Ofisinin saytı məlumat yayıb.

Sərəncama əsasən Ukraynanın Şamaxıda Fəxri konsulu Qasımov Mehralı Süleyman oğlu və Azərbaycanda “Ukrayna Ticarət Evi”nin Baş direktoru Məhərrəmzadə Əlibala Səttar oğlu III dərəcəli “Xidmətə görə” ("За заслуги") ordeni, Bakı Slavyan Universitetində Ukrayna mədəni-maarif mərkəzinin direktoru Kərimova Lesya Volodimir qızı isə “Əmək və qələbəyə görə” ("За працю і звитягу") medalı ilə təltif edilib.

Paylaş:
620

Son xəbərlər

Bütün xəbərlər