Ceyhun Bayramov Avstriyaya səfər edib | 1news.az | Xəbərlər
Rəsmi

Ceyhun Bayramov Avstriyaya səfər edib

S.Xankişiyeva11:14 - 18 / 01 / 2022
Ceyhun Bayramov Avstriyaya səfər edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avstriyaya işgüzar səfərlə yola düşüb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində nazir ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun Azərbaycanın sədrliyi ilə keçiriləcək açılış iclasında iştirak edəcək.

Həmçinin səfər çərçivəsində ATƏT və Avstriya rəsmiləri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.

Paylaş:
486

Son xəbərlər

Bütün xəbərlər