XİN fransalı nazirin Milli Assambleyadakı çıxışına cavab verib | 1news.az | Xəbərlər
Siyasət

XİN fransalı nazirin Milli Assambleyadakı çıxışına cavab verib

S.Xankişiyeva09:17 - 19 / 01 / 2022
XİN fransalı nazirin Milli Assambleyadakı çıxışına cavab verib

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Fransa xarici işlər nazirinin bu ölkənin Milli Assambleyasında söylədiklərini şərh edib.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə,şərhdə bildirilir:

"Təəssüflə qeyd etmək istərdik ki, Fransanın Avropa və xarici işlər üzrə naziri Jan İv Lö Drian tərəfindən bu ilin 18 yanvar tarixində bu ölkənin Milli Assambleyasında diplomata yaraşmayan bir tərzdə açıqlama edilmişdir. Belə ki, təxribatçı məqsədlərlə Azərbaycan Respublikası Prezidentini təhqir etməyə cəhd göstərən Milli Assambleyanın Respublikaçılar partiyasından olan üzvü Erik Siottiyə sərt cavab verilməli və ona həddi bildirilməli idi. Nazir Lö Drian Azərbaycan Respublikası Prezidentinin Valeri Pekressin Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfəri ilə əlaqədar söylədiyi fikirlərin “forma və mahiyyət etibarilə qəbuledilməz olduğunu” bildirmişdir.

Azərbaycan Respublikasının Prezidentinin Valeri Pekressin Azərbaycana qanunsuz səfəri ilə əlaqədar açıqlaması tam məntiqi əsaslı və düzgündür.

Nazir Lö Drian tərəfindən digər ölkənin dövlət başçısının açıqlamasının məsuliyyətsiz və qəbuledilməz formada şərh edilməsi diplomatik ənənələrlə ziddiyyət təşkil edir. Təəssüflə qeyd edirik ki, Fransa kimi böyük dövlətçilik ənənələri olan ölkənin xarici işlər naziri bunu anlamır.

Prezident İlham Əlyevin Valeri Pekress, Mişel Barniyer və Brüno Retayyonun Azərbaycanın ərazilərinə qanunsuz səfəri ilə bağlı açıqlaması tam qanunidir; bu, Azərbaycan qanunlarını pozan şəxslərə qarşı tam adekvat bir cavabdır. Pekressin Fransa prezidentliyinə namizədlik statusu ona Azərbaycan qanunlarından üstün olmaq imtiyazı verə bilməz. O da digər hər hansı bir xarici vətəndaş kimi qəbul edilməlidir. Xatırladırıq ki, xarici vətəndaşlar Azərbaycan ərazisinə qanunsuz səfər etdikdə onlara münasibətdə ya inzibati, ya da ölkənin Cinayət Məcəlləsinə uyğun olaraq müvafiq ölçü götürülür. Əgər Azərbaycan Respublikası vətəndaşı Fransa qanunlarını pozsaydı və Fransa ərazisinə qanunsuz daxil olsaydı ona münasibətdə də adekvat ölçü götürülərdi.

Eyni zamanda bildirmək istərdik ki, Fransa hökumətinin 44 günlük müharibə və ondan sonrakı dövrdə işğalçı Ermənistanın tərəfində olduğu heç kimə sirr deyil. Fransa Milli Assambleyasının hər iki palatasının hətta Ermənistanın belə tanımadığı qondarma “Dağlı Qarbağ Respublikasını” tanımağa çağıran sənədlər qəbul etmişdir.

Qeyd etmək istərdik ki, 15 dekabr 2021-ci il tarixində Fransa Prezidentinin təşəbüsü ilə Prezident Makron və Prezident İlham Əliyev arasında keçirilmiş görüş zamanı qarşı tərəfin verdiyi ismarışlar bu ölkənin xarici işlər naziri Lö Drianın açıqlaması ilə ziddiyyət təşkil edir və Azərbaycan-Fransa münasibətlərinin normallaşnasına xidmət etmir.

Eyni zamanda vurğulamaq istərdik ki, istər Fransa, istərsə də digər dövlətlərin nümayəndəsi bir daha Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinə qanunsuz səfər edərsə, Azərbaycan öz Konstitusiyası və müvafiq qanunvericiliyi çərçivəsində lazımı addımları atacaqdır".

Paylaş:
571

Son xəbərlər

MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21
Bütün xəbərlər