Atom Enerjisi üzrə Beynəlxalq Agentlik: Azərbaycan bizim üçün vacib tərəfdaşdır - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik: Azərbaycan bizim üçün vacib tərəfdaşdır - FOTO

S.Xankişiyeva09:12 - 20 / 01 / 2022
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik: Azərbaycan bizim üçün vacib tərəfdaşdır - FOTO

Xarici işlər naziri Ceyhun Bayramov Vyanaya işgüzar səfəri çərçivəsində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən 1news.az-a verilən məlumata görə, tərəflər qarşılıqlı əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edərək, hazırkı əməkdaşlıq məsələləri və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Ceyhun Bayramov Nüvə Silahının Yayılmaması haqqında Müqavilənin qlobal nüvə silahının yayılmaması rejimində əhəmiyyətindən bəhs edib, Agentliyin bu sahədə roluna toxunub. Yayılmama və nüvə enerjisinin dinc məqsədlərlə istifadəsində AEBA verifikasiya sisteminin əhəmiyyətinə toxunan nazir Bayramov, Azərbaycanın nüvə təhlükəsizliyinin qorunmasına və daha da möhkəmləndirilməsinə böyük əhəmiyyət verdiyini və bu xüsusda beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində bütün səyləri dəstəklədiyini bildirib

Nazir həmçinin nüvə təhlükəsizliyi qaydaları və standartlarının işlənib hazırlanmasında Agentliyin əsas rol oynadığını nəzərə alaraq və yüksək qiymətləndirərək, Azərbaycanın möhkəm qanunvericilik bazasına malik hərtərəfli milli ixraca nəzarət sistemi yaratdığnı qeyd edib.

Agentliyin texniki əməkdaşlıq fəaliyyətlərinin həyata keçirilməsində göstərdiyi davamlı səylər təqdir edilib. Azərbaycanın AEBA ilə son illər tibb sahəsində xərçənglə mübarizə, kənd təsərrüfatında pambıqçılıqda məhsuldarlığın artırılması ilə bağlı layihələr çərçivəsində əməkdaşlığından bəhs edilib, ətraf mühit sahəsində də əməkdaşlıqda maraqlı olduğumuz ifadə edilib.

Ermənistan tərəfindən köhnə texnologiyalı AES-in istismarında təhlükəsizlik qaydalarına riayət edilməsinə nəzarətin vacibliyi vurğulanıb.

Baş direktor Qrossi Azərbaycanın Agentlik üçün çox vacib tərəfdaş olduğunu və bir çox sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyini qeyd edib. Hazırda həyata keçirilən birgə əməkdaşlıq layihələrini qeyd edən Baş direktor, ətraf mühitin qorunması sahəsində Azərbaycanla Agentlik arasında əməkdaşlıq perspektivlərinin mövcud olduğunu bildirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.


Paylaş:
509

Son xəbərlər

Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52
Bütün xəbərlər