Bu ölkədə hərbçilər hakimiyyəti ələ keçirdilər
Burkina Fasoda hərbçilər ölkəyə nəzarəti ələ keçirdiklərini açıqlayıblar.
1news.az-ın məlumatına görə, bu barədə "Associated Press" agentliyi xəbər verib. Məlumata əsasən, 14 nəfərlik hərbçidən ibarət qrup dövlət televiziyası ilə efirə çıxıb və ölkədə hakimiyyətin “Müdafiə və Bərpa Uğrunda Vətənpərvər Hərəkat”a verildiyini bəyan edib. Qrupa polkovnik-leytenant Pol-Anri Sandaoqo Damiba rəhbərlik edir.
Hərbçilər konstitusiyanın fəaliyyətinin dayandırıldığını, hökumətin və parlamentin buraxıldığını, ölkənin quru və hava sərhədlərinin bağlandığını bəyan ediblər.
Onların bəyanatı ölkə prezidenti Roş Mark Kaborun saxlanmasından sonra verilib.
Hərbçilərin nümayəndəsi dövlət çevrilişin “həbs edilənlərə fiziki zorakılıq tətbiq edilmədən” həyata keçirildiyini bildirib.
Hərbçilər, həmçinin səhər saat 21:00-dan səhər saat 05:00-a qədər komendant saatı tətbiq etdiklərini bildiriblər.
1news.az