Əli Əsədovla Belarusun Baş naziri arasında telefon danışığı olub | 1news.az | Xəbərlər
Siyasət

Əli Əsədovla Belarusun Baş naziri arasında telefon danışığı olub

S.Xankişiyeva12:31 - 25 / 01 / 2022
Əli Əsədovla Belarusun Baş naziri arasında telefon danışığı olub

Yanvarın 25-də Azərbaycanın Baş naziri Əli Əsədov ilə Belarusun Baş naziri Roman Qolovçenko arasında telefon danışığı olub.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Danışıq zamanı Azərbaycan-Belarus dostluq münasibətlərinin müxtəlif sahələrdə inkişafı yüksək qiymətləndirilib, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Paylaş:
530

Son xəbərlər

Bütün xəbərlər