Tokayev hakim “Nur Otan” partiyasının sədri seçilib | 1news.az | Xəbərlər
Dünya

Tokayev hakim “Nur Otan” partiyasının sədri seçilib

13:49 - 28 / 01 / 2022
Tokayev hakim “Nur Otan” partiyasının sədri seçilib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hakim “Nur Otan” partiyasının sədri seçilib.

1news.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Növbədənkənar qurultayda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yekdilliklə “Nur Otan” Partiyasının sədri seçilib.

Tokayevin bu posta namizədliyini Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev irəli sürüb. Tokayevdən əvvəl partiyanın sədri Nazarbayev olub.

1news.az

Paylaş:
515

Son xəbərlər

Bütün xəbərlər