Redaksiyaya məktub: “COVID-19 üçün verdiyim testlərin cavabı fərqli olub, bu halda nə etməli?” | 1news.az | Xəbərlər
Cəmiyyət

Redaksiyaya məktub: “COVID-19 üçün verdiyim testlərin cavabı fərqli olub, bu halda nə etməli?”

S.Xankişiyeva09:55 - 29 / 01 / 2022
Redaksiyaya məktub: “COVID-19 üçün verdiyim testlərin cavabı fərqli olub, bu halda nə etməli?”

Bir oxucumuz 1news.az redaksiyasına müraciət edərək, aptekdən alınan testin nəticəsinin müsbət, PZR testin nəticəsinin mənfi olduğu halda nə etməli olduğunu soruşub.

“Hərarətim qalxdıqda və kəskin respirator virus infeksiyalarının (KRVİ) simptomları meydana gəldikdə, aptekdən test aldım. Çağırış sayı həddən artıq çox olduğundan PZR testi götürən həkim briqadası yalnız 2 gündən sonra gəldi. PZR testin nəticəsi mənfi oldu. Birincisi, bunun niyə belə olduğunu öyrənmək istərdim. Ola bilər ki, mən koronavirusa yoluxmuşam, amma PZR test gec götürülüb?”, - oxucumuz P.Əhmədova soruşur.

Qadın koronavirusa yoluxduğundan narahatdır və hazırda peyvəndin buster dozasını vurdurmağa ehtiyat edir. Daha əvvəl məlumat verdiyimiz kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli 419 nömrəli Qərarına əsasən peyvəndin 2-ci dozasının üzərindən 6 aydan çox keçmiş şəxslərin “Peyvənd sertifikatı” fevralın 15-dən etibarlı hesab edilməyəcək. İstisna yalnız COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədi (müddəti 6 ay təşkil edən), yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olan şəxslər təşkil edir. Qeyd edək ki, buster dozası haqqında bütün sualları dəfələrlə ətraflı şəkildə cavablandırmışıq və bu məlumatla tanış olmaq üçün bu keçiddən istifadə edə bilərsiniz.

Oxucumuzun sualını cavablandırmaq üçün (DGK) Tibbi Xidmət İdarəsinin rəis müavini, dosent İsmayıl Əfəndiyevə müraciət etdik.

Onun sözlərinə görə, apteklərdən alınan COVID-19 testlərinə etibar etmək düzgün olmaz.

“PZR test COVID-19-un olmadığını göstəribsə, deməli həmin şəxs virusa yoluxmayıb. Məsələ burasındadır ki, apteklərdə satılan ekspress-testlər tez-tez səhvən müsbət və ya mənfi nəticələr göstərir. Bu səbəbdən, onların əsasında diaqnoz etmək düzgün deyil. Diaqnostikanın dəqiq üsulu məhz PZR testdir. Bu səbəbdən, PZR test vermiş və “mənfi” nəticə almış şəxsin peyvənd olunmaq üçün heç bir əks-göstəriş yoxdur. Buna görə də, oxucunuz bu baxımdan arxayın ola bilər”, - İ.Əfəndiyeva deyib.

Lakin, İ.Əfəndiyev qeyd edib ki, hər hansı xəstəliyin, o cümlədən qripin və ya KRVİ-nin kəskin dövründə peyvənd olunmaq olmaz.

“İnsanda hətta yüksək hərarət, boğaz ağrısı, zökəm və digər simptomlarla müşayiət olunan adi soyuqdəymə varsa, tam sağalmaq və yalnız bundan sonra peyvənd olunmaq lazımdır”, - o deyib.

Onun sözlərinə görə, soyuqdəymə xəstəliklərindən tam sağaldıqdan 2 həftə sonra peyvənd olunmaq olar.

Beləliklə, yüksək hərarət, öskürək, titrəmə, boğaz ağrısı, zökəm və digər simptomlar olduqda ən yaxşısı sahə həkiminə müraciət etmək və PZR test verməkdir. Xatırladaq ki, qeydiyyatda olduğunuz ünvanda yaşamayan şəxslər bunu necə edəcəkləri barədə burada oxuya bilərlər.

Özünüzü qoruyun və sağlam olun!

Mövzu ilə əlaqədar oxuyun:

Redaksiyaya məktub: “Qeydiyyatda olduğum ünvanda yaşamıram. COVID-19 testinin götürülməsi üçün həkim birqadasını necə çağıra bilərəm?”

Redaksiyaya məktub: “Əgər 7 gündən artıq COVID-19 xəstəsiyəmsə, məndən işə qayıtmağımı tələb edə bilərlər?”

Nazirlər Kabineti karantin rejimi ilə bağlı qərarlar qəbul edib

Azərbaycanda koronavirusa yoluxanların karantin müddəti azaldılır

İmmunitet sertifikatı test nəticəsindən 7 gün sonra veriləcək

Koronavirusa yoluxan təyyarə ekipajı ilə təmasda olan işçilər test verməyəcək

Azərbaycanda karantin nəzarətinə götürülmə qaydası dəyişib

Paylaş:
517

Son xəbərlər

İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:50
Bütün xəbərlər