Redaksiyaya məktub: “Qeydiyyatda olduğum ünvanda yaşamıram, COVID-19 testi üçün həkim birqadasını necə çağıra bilərəm?” | 1news.az | Xəbərlər
Cəmiyyət

Redaksiyaya məktub: “Qeydiyyatda olduğum ünvanda yaşamıram, COVID-19 testi üçün həkim birqadasını necə çağıra bilərəm?”

S.Xankişiyeva17:25 - 28 / 01 / 2022
Redaksiyaya məktub: “Qeydiyyatda olduğum ünvanda yaşamıram, COVID-19 testi üçün həkim birqadasını necə çağıra bilərəm?”

Bir neçə oxucu oxşar suallarla 1news.az saytının redaksiyasına müraciət ediblər. Sual əsasən bu formadadır: “Faktiki yaşayış ünvanı qeydiyyat ünvanından fərqlidirsə, həkimi evə necə çağırmaq olar?”.

Son günlərdə Azərbaycanda koronavirusun “Omicron” ştamına yoluxma sayında kəskin artımın müşahidə olunduğu bu günlərdə bu sual daha da aktualdır. Xatırladaq ki, yanvarın 26-na olan məlumata görə, Azərbaycanda daha 3192 nəfər koronavirusa yoluxub.

Redaksiyaya müraciət edənlərdən biri artıq neçə ildir ki, başqa ünvanda yaşadığını, lakin indiyədək həkimə müraciət etməyə ehtiyac duymadığından hazırki yaşayış ünvanının hansı poliklinikaya aid olması barədə məlumatsız olduğunu bildirib. Lakin hazırda COVID-19-a yoluxduğundan şübhələnən qadın şübhələri aradan qaldırmaq üçün test vermək istəyir.

“Hansı poliklinikaya müraciət etməli olduğumu necə öyrənə bilərəm? Yaxınlıqda yerləşən poliklinikalara etdiyim çoxsaylı zənglər nəticəsiz qalıb. Hər dəfə yaşadığım ünvanın həmin poliklinikanın əhatə dairəsinə daxil olmadığını deyirlər. Bəs mən koronavirus testini necə verə bilərəm?” – müştəri əsaslı şəkildə maraqlanır.

Təbii ki, həm bizə müraciət edən xanıma, həm də sual üzərində baş sındıran bütün vətəndaşlara COVID-19 testinin aparıldığı istənilən özəl klinikaya müraciət etməyi məsləhət görə bilərik. Lakin heç də hər kəs maliyyə cəhətdən bu xidmətdən faydalanmaq imkanına malik deyil. Həm də bu, natamam cavab olar.

Bu səbəbdən sualı şərh etməsi üçün Azərbaycan Səhiyyə Nazirliyinə müraciət etdik.

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” (İTS) daha əvvəl də məlumat verdiyi kimi hazırda Azərbaycan vətəndaşları həkim yönləndirməsi olmadan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) tabeliyində olan istənilən dövlət tibb müəssisəsində ambulator müalicə ala bilər.

Əgər vətəndaş yaşadığı ünvan üzrə müraciət etməli olduğu poliklinikanın nömrəsini bilirsə, istənilən vaxt İnternet vasitəsilə həmin poliklinikanın ünvanını və əlaqə nömrələrini dəqiqləşdirə bilər. Belə ki, İTS-nin saytında bütün poliklinikaların müvafiq siyahısı verilib.

Ümumilikdə, yeni qaydalara görə, vətəndaş uyğun hesab etdiyi istənilən poliklinikada uçota dayana bilər. “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” dəfələrlə mətbuat vasitəsilə bu barədə məlumat verib.

Əgər vətəndaş qeydiyyatda olduğu ünvanda yaşamırsa, tibbi sığortadan yararlanmaq üçün bunu etməlidir. Hazırda yaşadığı ünvanın hansı poliklinikanın əhatə dairəsinə aid olduğunu dəqiqləşdirmək üçün vətəndaş Bakı şəhər Baş Səhiyyə İdarəsinə müraciət edə bilər.

Əgər insanda qripin və ya kəskin respirator virus infeksiyalarının (KRVİ) simptomları meydana gəlibsə, yaxud o, koronavirusa yoluxduğundan şübhələnirsə, lakin yaşayış ünvanının aid olduğu poliklinikanın əlaqə nömrələrini bilmirsə, Səhiyyə Nazirliyinin 814 nömrəli “qaynar xətti”nə müraciət edə bilər. Əməkdaşlar onun sorğusunu koronavirus testi keçirən müvafiq poliklinikaya yönləndirəcəklər”, - Səhiyyə Nazirliyindəki mənbə bildirib.

Yekun olaraq qeyd edək ki, yaşayış ünvanını dəyişdikdə ən yaxın (yaxud hər hansı digər) poliklinikada uçota dayanmaq məsləhətdir. Ən azı özünü pis hiss etdikdə hara müraciət edəcəyini bilmək, yaxud gələcəkdə tibbi sığortadan faydalanmaq üçün bunu etmək lazımdır.

Əgər hazırki yaşayış ünvanı üzrə hansı poliklinikada uçot dayanmalı olduğunu bilmək istəyirinizsə, Bakı şəhər Baş Səhiyyə İdarəsinə müraciət edin.

Koronavirus testi verməlisinizsə, lakin poliklinikanın əlaqə nömrələrini bilmirsinizsə (əvvəlcə onları yuxarıdakı keçid vasitəsilə dəqiqləşdirsəniz yaxşı olar), Səhiyyə Nazirliyinin 814 nömrəli “qaynar xətti”nə müraciət edin.

Sağlam olun!

Mövzu ilə əlaqədar oxuyun:

Redaksiyaya məktub: “Əgər 7 gündən artıq COVID-19 xəstəsiyəmsə, məndən işə qayıtmağımı tələb edə bilərlər?”

Nazirlər Kabineti karantin rejimi ilə bağlı qərarlar qəbul edib

Azərbaycanda koronavirusa yoluxanların karantin müddəti azaldılır

İmmunitet sertifikatı test nəticəsindən 7 gün sonra veriləcək

Koronavirusa yoluxan təyyarə ekipajı ilə təmasda olan işçilər test verməyəcək

Azərbaycanda karantin nəzarətinə götürülmə qaydası dəyişib

Paylaş:
969

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər