Türkiyə maskaları Yunanıstan parlamentində mübahisələrə səbəb oldu | 1news.az | Xəbərlər
Dünya

Türkiyə maskaları Yunanıstan parlamentində mübahisələrə səbəb oldu

16:38 - 31 / 01 / 2022
Türkiyə maskaları Yunanıstan parlamentində mübahisələrə səbəb oldu

Yunanıstan parlamentinin deputatlarına "Made in Turkey" yazısı olan tibbi maskaların paylanması ölkənin qanunvericilik məclisində mübahisələrə səbəb olub.

1news.az-ın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, maskaların Türkiyədə istehsal edildiyinə Yunanıstan Kommunist Partiyasından olan millət vəkili Liana Kanelli parlamentdə çıxışı zamanı diqqət çəkib.

"Parlamentdə bizə payladığınız maskalar Türkiyədəndir. Üzərində "Made in Turkey" yazılıb. Bu, pis deyil. Türkiyədən miqrantlar (Yunanıstana) daxil ola bilməsə də, kommersiya maraqları daxil ola bilir", - deyə millət vəkili bildirib.

Yunanıstan parlamentinin spikeri Konstantinos Tasulas məsələni KİV-lər üçün şərh edərkən maskaların Türkiyədə istehsal olunduğunu təsdiq edib.

Onun sözlərinə görə, maskaların tədarükü üzrə tenderi ən aşağı qiymət təklif edən alman şirkəti qazanıb. Şirkətin maskaların istehsalı üzrə fabrikinin Türkiyədə olması faktı gözdən qaçıb.

K.Tasulas əlavə edib ki, əgər bu əvvəlcədən bilinsəydi, maskaları almaq üçün başqa şirkət seçilə bilərdi.

1news.az

Paylaş:
566

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər