Dünyada koronavirusa yoluxanların sayı 376 milyonu keçib | 1news.az | Xəbərlər
Dünya

Dünyada koronavirusa yoluxanların sayı 376 milyonu keçib

09:32 - 02 / 02 / 2022
Dünyada koronavirusa yoluxanların sayı 376 milyonu keçib

Dünyada koronavirusa yoluxanların sayı 376 milyon nəfəri keçib.

1news.az-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 1 913 949 nəfər koronavirusa yoluxub, 6 331 nəfər isə dünyasını dəyişib.

Bildirilir ki, yoluxanların ümumi sayı 376 478 335, ölənlərin isə 5 666 064 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

1news.az

Paylaş:
417

Son xəbərlər

Bütün xəbərlər