Peter Siyarto: Macarıstan şirkətləri Qarabağda quruculuq işlərində iştirak etməyə hazırdır | 1news.az | Xəbərlər
Siyasət

Peter Siyarto: Macarıstan şirkətləri Qarabağda quruculuq işlərində iştirak etməyə hazırdır

S.Xankişiyeva17:00 - 03 / 02 / 2022
Peter Siyarto: Macarıstan şirkətləri Qarabağda quruculuq işlərində iştirak etməyə hazırdır

Azərbaycanın müstəqillik qazandığı ilk vaxtlardan Macarıstan onun suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto fevralın 3-də azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi görüşdən sonra təşkil olunan mətbuat konfransında bildirib.

Nazir deyib ki, Macarıstan neft və enerji sahələrində Azərbaycanla sıx əməkdaşlıq edir.

“Macarıstan Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib. İndi də Macarıstan şirkətləri Qarabağda aparılan bərpa və quruculuq işlərində iştirak etməyə hazırdır. Bundan başqa, alternativ enerji istehsal edən müəssisələrin inşasına, dini və tarixi abidələrin bərpasına kömək göstərəcəyik”, - deyə nazir əlavə edib.

Paylaş:
722

Son xəbərlər

Bütün xəbərlər