Sahibə Qafarova Litva Prezidenti ilə görüşüb - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Sahibə Qafarova Litva Prezidenti ilə görüşüb - FOTO

S.Xankişiyeva17:53 - 04 / 02 / 2022
Sahibə Qafarova Litva Prezidenti ilə görüşüb - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova Litvaya rəsmi səfəri çərçivəsində bu ölkənin prezidenti Qinatas Nauseda ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən xəbərə görə, Litva Prezidenti Milli Məclisin sədrini salamlayaraq, Azərbaycanın Litva üçün dost və vacib tərəfdaş ölkə olduğunu diqqətə çatdırıb. O, ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli səfərlərin və görüşlərin əhəmiyyətindən danışaraq, iki ölkə arasında əlaqələrin müxtəlif istiqamətlərdə inkişaf etdirilməsinin xalqlarımızın maraqlarına xidmət etdiyini qeyd edib. Qinatas Nauseda ölkələrimiz arasında münasibətlərin inkişafından, tvininq layihələri çərçivəsində, həmçinin təhsil sahəsində uğurlu əməkdaşlıqdan məmnunluğunu bildirərək, qarşılıqlı ticarət dövriyyəsinin artırılması və iqtisadi əməkdaşlığın daha da gücləndirilməsi üçün yaxşı imkanların olduğunu diqqətə çatdırıb.

O, ölkəsinin regionda sülh və təhlükəsizliyin təmin olunmasında maraqlı olduğunu bildirərək, Litvanın ölkələrin ərazi bütövlüyü prinsipinə dəstəyini ifadə edib.

Qinatas Nauseda Litvanın Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığı, ölkəmizin Şərq tərəfdaşlığında iştirakını dəstəklədiyini, həmçinin Azərbaycan Prezidenti cənab İlham Əliyevin dekabrda Brüsseldə Avropa İttifaqının VI Şərq Tərəfdaşlığı Sammitində iştirakını alqışladığını bildirib.

Spiker Sahibə Qafarova göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, bu səfərin onun Azərbaycan Respublikası Milli Məclisinin sədri kimi Litvaya ilk səfəri olduğunu qeyd edib və bu səfərin iki ölkənin qanunverici orqanları arasında münasibətlərin daha da dərinləşməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Azərbaycan və Litva arasında münasibətlərin inkişafında iki ölkə prezidentlərinin qarşılıqlı səfərlərinin xüsusi önəm daşıdığını deyən Milli Məclisin sədri bu səfərlər zamanı imzalanmış sənədlərin ölkələrimiz arasında əlaqələri yeni səviyyəyə qaldırdığını vurğulayıb. Söhbət zamanı Sahibə Qafarova Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri, ölkəmizin Avropanın enerji təhlükəsizliyində rolu barədə danışıb.

Daha sonra Milli Məclisin sədri Azərbaycanın 44 günlük Vətən müharibəsidə qazandığı Qələbə və regionda yaranmış yeni reallıq barədə də məlumat verib. O, bildirib ki, Azərbaycan bu qələbə sayəsində öz ərazi bütövlüyünü bərpa edib və işğal faktına son qoyub. Spiker qeyd edib ki, artıq Ermənistanla Azərbaycan arasında münaqişə mövcud deyil. Ölkəmiz hazırda işğaldan azad etdiyi ərazilərinin bərpasını həyata keçirir.

Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycan Ermənistana suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə başlanması, regionda bütün kommunikasiyaların bərpası və münasibətlərin normallaşmasına gətirib çıxaracaq sülh sazişinin imzalanması ilə bağlı bir sıra təkliflər verib. O, deyib ki, Ermənistan regionda yeni reallığı düzgün qiymətləndirməli, sülh və sabitliyin bərqərar olması istiqamətində üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir.

Görüşdə tərəfləri maraqlandıran digər mövzular barəsində də fikir mübadiləsi aparılıb.

Paylaş:
498

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər