Türkiyə Silahlı Qüvvələri növbəti antiterror əməliyyatı keçirib | 1news.az | Xəbərlər
Dünya

Türkiyə Silahlı Qüvvələri növbəti antiterror əməliyyatı keçirib

14:10 - 08 / 02 / 2022
Türkiyə Silahlı Qüvvələri növbəti antiterror əməliyyatı keçirib

Türkiyə Silahlı Qüvvələri Mardin vilayətində, Türkiyə-Suriya ərazisində terrorçuların hücumunun qarşısını alıb.

1news.az-ın məlumatına görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat verir.

Qeyd olunur ki, bir qrup PKK mənsubu Mardində yerləşən sərhəd məntəqəsinə atəş açıb. Cavab atəşi nəticəsində 4 silahlı zərərsizləşdirilib.

Eyni zamanda Suriyanın şimalında davam edən əməliyyat nəticəsində 1 terrorçu zərərsizləşdirilib.

Bölgədə antiterror əməliyyatları davam edir.

1news.az

Paylaş:
431

Son xəbərlər

Bütün xəbərlər