Dünyada COVID-19-a yoluxanların sayı 400 milyonu ötüb
Dünyada koronavirusa yoluxma hallarının sayı 400 milyonu ötüb.
1news.az TASS-a istinadən xəbər verir ki, buna beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Amerikanın Con Hopkins Universitetinin məlumatları dəlalət edir.
Ümumilikdə dünyada 400 milyon 244 min 31 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb, 5 milyon 761 min 208 nəfər virusun yaratdığı fəsadlardan dünyasını dəyişib.
Son bir ayda aşkar edilən yoluxma hallarının əksəriyyəti ABŞ-da (15 149 517), Fransada (8 623 947) və Hindistanda(6 463 821) qeydə alınıb.
1news.az
557