Dövlət başçısının İqtisadiyyat nazirinə birinci müavin təyin etdiyi Elnur Əliyevin DOSYESİ | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət başçısının İqtisadiyyat nazirinə birinci müavin təyin etdiyi Elnur Əliyevin DOSYESİ

Qafar Ağayev16:43 - 10 / 02 / 2022
Dövlət başçısının İqtisadiyyat nazirinə birinci müavin təyin etdiyi Elnur Əliyevin DOSYESİ

Prezident İlham Əliyevin Sərəncamı ilə Elnur Aydın oğlu Əliyev Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini təyin edilib.

1news.az Elnur Əliyevin dosyesini təqdim edir:

E.Əliyev, 1983-cü il iyunun 4-də Gəncə şəhərində anadan olub.

1998-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub, 2002-ci ildə həmin fakültəni bakalavr, 2006-cı ildə magistr dərəcələri üzrə fərqlənmə ilə bitirib, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2008-2009-cu illərdə Böyük Britaniyanın London Kral Kollecində beynəlxalq biznes hüququ üzrə magistr təhsili alıb.

2002-2003-cü illərdə həqiqi hərbi xidmətdə olub.

Əmək fəaliyyətinə İqtisadi İnkişaf Nazirliyində başlayıb, 2005-2009-cu illərdə Nazirlikdə məsləhətçi, aparıcı məsləhətçi, sektor müdiri vəzifələrində çalışıb.

2010-2013-cü illərdə Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi rəisinin köməkçisi vəzifəsində işləyib.

2013-2017-ci illərdə Təhsil Nazirliyində nazir köməkçisi, şöbə müdiri, aparat rəhbəri vəzifələrində çalışıb.

2017-ci ilin dekabrından 2020-ci ilin mayınadək Vergilər nazirinin müşaviri olub.

Azərbaycan Respublikası Prezidentinin 13 may 2020-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.

Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğuldur.

Evlidir, 2 övladı var.

Həmçinin oxu: Prezidentin SOCAR-a birinci vitse-prezident təyin etdiyi 40 yaşlı Rövşən Nəcəf kimdir? - DOSYE

Paylaş:
1943

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər