İlham Əliyev Moldovanın Baş nazirinin müavinini qəbul edib – YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Moldovanın Baş nazirinin müavinini qəbul edib – YENİLƏNİB

S.Xankişiyeva12:02 - 10 / 02 / 2022
İlham Əliyev Moldovanın Baş nazirinin müavinini qəbul edib – YENİLƏNİB

Fevralın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə rəsmi səfərdə olan Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popeskunu qəbul edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, Prezident İlham Əliyev ötən ilin dekabrında Moldova Prezidenti Maya Sandu ilə Brüsseldə keçirdiyi görüşü məmnunluqla xatırlayıb və ölkələrimiz arasında əməkdaşlığın hərtərəfli inkişafı üçün böyük potensialın olduğunu vurğulayıb.

Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku Moldova Prezidentinin salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev Moldovanın dövlət başçısının salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Maya Sanduya çatdırmağı xahiş edib.

Nazir Niku Popesku ölkələrimiz arasında diplomatik münasibətlərin olduğu 30 ilə yaxın müddətdə həmrəylik prinsipindən çıxış edərək Azərbaycan və Moldovanın daim bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini diqqətə çatdırıb. Niku Popesku iqtisadi, ticarət, sərmayə qoyuluşu, kənd təsərrüfatı, enerji sahələrində və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirib, bu sahələrdə konkret layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

10:34

Fevralın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə rəsmi səfərdə olan Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popeskunu qəbul edib.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir.

Paylaş:
805

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər