Sumqayıtda dəmir yolunun işçiləri stansiyadan oğurluq edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda dəmir yolunun işçiləri stansiyadan oğurluq edib

S.Xankişiyeva11:16 - 10 / 02 / 2022
Sumqayıtda dəmir yolunun işçiləri stansiyadan oğurluq edib

Sumqayıtda dəmir yolunun işçiləri stansiyadan oğurluq edib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində fevralın 8-də Sumqayıt şəhəri ərazisindəki çeşidləmə stansiyası ərazisindən istismar müddəti başa çatan 9 ədəd vaqonun xarici və 10 ədəd daxili yayını, 15 ədəd vaqon asılqanını və 3 ədəd avtomobil qoşqusunu S.Berdiyevə məxsus “QAZel” markalı avtomobillə oğurlamağa cəhd göstərən Biləcəri Lokomotiv Deposunun maşinist köməkçisi, Bakı şəhər sakini E.Əmiraslanov, maşinisti, İsmayıllı rayon sakini A.Süleymanov və vaqon tərtibatçısı, Şabran rayon sakini E.Qəniyev saxlanılıblar.

Araşdırma aparılır.

Paylaş:
391

Son xəbərlər

Bütün xəbərlər