Türkiyəli deputatdan “Metsamor” AES-lə bağlı çağırış
Türkiyə Çernobıl AES-ə görə 40 minə qədər insanın həyatına son qoyan faciə kimi faciənin təkrarlanmasına imkan verməməlidir.
1news.az bildirir ki, bu barədə Türkiyə parlamentində mətbuat konfransı zamanı Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan deputat Yaşar Karadağ bildirib.
Türkiyə parlamentində sərhədyanı Iğdır vilayətini təmsil etdiyini qeyd edən Y.Karadağ Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının dərhal bağlanmasına çağırıb.
Millət vəkili ötən gün Ermənistan-Gürcüstan sərhədində baş verən və Türkiyənin Iğdır, Qars, Ərdəqan və Ağra vilayətlərinin sakinlərinin də hiss etdiyi 5,3 bal gücündə zəlzələyə diqqət çəkib.
O qeyd edib ki, Ermənistanın AES-də baş verəcək hər hansı qəza avtomatik olaraq Iğdır, Van, Ağra və Ərzurumda radiasiya fonunu artıracaq və eləcə də xərçəng xəstəliyinin də artmasına səbəb olacaq.
1news.az