1307 nəfərin pensiyası yenidən artırılıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

1307 nəfərin pensiyası yenidən artırılıb

S.Xankişiyeva12:00 - 16 / 02 / 2022
1307 nəfərin pensiyası yenidən artırılıb

2021-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu yaşa görə pensiya təyin edildikdən sonra azı 6 il işləmiş və işləməkdə davam edən 1307 şəxsin pensiyasını yenidən hesablayaraq artırıb.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, şəxs ona yaşa görə pensiya təyin olunduğu gündən sonra işləməkdə davam edərsə, hər 6 ildən (72 aydan) bir onun hesabında toplanmış sosial sığorta haqqı 72-yə bölünərək pensiyasına əlavə olunur.

"Bu da işləyən pensiyaçıların mənafelərinin daha dolğun təminatına, yaşa görə pensiyaya çıxdıqdan sonra işləməkdə davam edənlərin sosial sığorta sistemində iştiraka marağının stimullaşdırılmasına xidmət edir", - məlumatda deyilir.

Mövzu ilə əlaqədar oxuyun:

Əmək pensiyaları artırılır – SƏRƏNCAM

Prezidentin imzaladığı Sərəncam pensiyaçıların 92%-ni əhatə edəcək - Nazirlik

Paylaş:
335

Son xəbərlər

Bütün xəbərlər