Ermənistanın yeni prezidenti bu tarixdə seçilə bilər
Ermənistanın yeni Prezidenti martın 3-də seçilə bilər.
APA Ermənistanın “Joğovurd” qəzetinə istinadən xəbər verir ki, bu barədə iqtidarda olan “Vətəndaş Müqaviləsi” partiyasındakı mənbə açıqlama verib.
Amma qəzet müxalifətin etirazına görə, “Vətəndaş Müqaviləsi” partiyasının namizədi Vaaqn Xaçatryanın ilk turda Prezident seçilməsi ehtimalının aşağı olduğunu, amma ikinci turda rəhbər posta seçilməsi şansının yüksək olacağını qeyd edir.
Ermənistan prezidentinin inauqurasiya mərasimi 14-15 mart tarixlərində planlaşdırılır.
Xatırladaq ki, Armen Sarkisyan yanvarın 23-də Ermənistan Prezidenti postundan istefa verib.
1news.az
752