Norveçdə şagirdlər “Beynəlxalq Ana Dili Günü”nü qeyd ediblər - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Norveçdə şagirdlər “Beynəlxalq Ana Dili Günü”nü qeyd ediblər - FOTO

14:45 - 21 / 02 / 2022
Norveçdə şagirdlər “Beynəlxalq Ana Dili Günü”nü qeyd ediblər - FOTO

Norveçin paytaxtı Oslo şəhərində azərbaycanlı şagirdlərin iştirakı ilə “Beynəlxalq Ana dili Günü” qeyd olunub.

1news.az xəbər verir ki, fevralın 20-də “Beynəlxalq Ana Dili Günü” ilə əlaqədar Norveçin Oslo şəhərindəki Nizami Gəncəvi adına Həftəsonu məktəbinin və Bakı şəhərinin 220 saylı məktəb-liseyin müəllimi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan dili dərsliklərinin müəllifi Xanım Qasımova və Şirvan şəhər Mərkəzi Kitabxanasının böyük metodisti Kəmalə Quliyevanın təşkilatçılığı ilə vebinar keçirilib.

Bakı şəhər 220 nömrəli məktəbin müəllimi Xanım Qasımova şagirdlərə 21 Fevral Beynəlxalq Ana Dili Gününün elan edilməsinin tarixi barədə məlumat verib.

Şirvan şəhər Mərkəzi Kitabxanasının böyük metodisti Kəmalə Quliyeva Ana dilini qorumağın, sevməyin və bu dildə danışmağın vacib olduğunu vurğulayıb.

Görüşdə Norveçdən, Belçikadan, Azərbaycandan iştirak edən şagirdlər Ana dili ilə bağlı aforizmlər, şeirlər söyləyib və mahnılar ifa ediblər.

Paylaş:
2124

Son xəbərlər

Bütün xəbərlər