Azərbaycanlı deputatın müəllifi olduğu sənəd Ermənistanda müzakirə olunacaq
AVRONEST Parlament Assambleyasının növbəti iclası İrəvanda keçirilir.
1news.az xəbər verir ki, İclasda komitələrin birgə iclaslarında müxtəlif məsələlər müzakirə ediləcəkdir. İclaslarda Milli Məclisin deputatları Tahir Mirkişili və Soltan Məmmədov iştirak edəcəklər.
AVRONEST Parlament Assambleyasının İqtisadi inteqrasiya, sosial məsələlər, mədəniyyət və vətəndaş cəmiyyəti komitələrinin birgə iclasında 2 sənəd müzakirə olunacaq. Birinici sənəd, “Paytaxt şəhərlər: post Covid-19 reallıqlarında iqtisadi inkişaf” mövzusunda olacaq. Bu sənədin müəllifi Azərbaycan Milli Məclisinin İqtisadi siyasət komitəsinin sədri Tahir Mirkişilidir.
İkinci sənəd, “Avropa Birliyi və Şərq Tərəfdaşlığı ölkələrinin vaksinasiya proqramlarının uyğunluğu” mövzusunda olacaq. Bu sənədin müəllifi isə Aropa Parlamentinin üzvü Juozas Olekasdır.
İclasda müzakirələr bu 2 məsələ üzərində olacaqdır.
Bütün məsələlər üzrə Azərbaycan nümayəndə heyəti müzakirələrdə aktiv iştirak edərək Azərbaycanın və regionun gələcək çağırışlara yaxşı hazırlaşması üçün ölkəmizin baxışını və planlarını açıqlayacaqlar.