Tahir Mirkişili: “Bu münaqişə regionda böyük fəsadlara səbəb olub” | 1news.az | Xəbərlər
Siyasət

Tahir Mirkişili: “Bu münaqişə regionda böyük fəsadlara səbəb olub”

Qafar Ağayev11:55 - 22 / 02 / 2022
Tahir Mirkişili: “Bu münaqişə regionda böyük fəsadlara səbəb olub”

"Qarabağ münaqişəsi sona çatıb və artıq hərbi əməliyyatlar aparılmır. Biz münaqişə tərəfdarı deyilik. Bu münaqişə regionda böyük fəsadlara səbəb olub".

1news.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin deputatı Tahir Mirkişili İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclasında çıxışında deyib.

"Mən özüm Qarabağdanam və siz gedib baxsanız mənim evimin nə vəziyyətə salındığını görəcəksiniz. İşğaldan azad edilmiş ərazilərə getsəniz, nə qədər böyük dağıntıların olduğunu görərsiniz. Əgər Ağdama getsəniz, siz orada Qafqazın Xerosimasını görəcəksiniz. Birinci Qarabağ müharibəsi zaman biz 20 minə qədər insanımızı itirmişik. Onlardan 4 minə qədər insanın taleyi hələ də naməlum qalır. Münaqişə artıq başa çatıb və biz artıq münaqişə istəmirik. Biz heç bir revanşizm və ya təhdid görmək istəmirik. Azərbaycan güclü dövlətdir. Biz gələcəkdə hər hansı revanşist qüvvələrə cavab verməyə hazırıq. Ancaq münaqişə artıq keçmişdə qalıb və biz indi gələcəyə baxmalıyıq. İndi regionda əməkdaşlıq üçün yaxşı imkanlar yaranıb və biz bu imkanlardan istifadə etməliyik. Biz bu imkanlardan istifadə edərək xalqlarımız üçün yaxşı gələcək qurmalıyıq. Bu imkanlardan biri 3+3 formatıdır. Bu yeni bir formatdır və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bəyan edilib. Biz bu formatdan istifadə etməklə regionda dayanıqlı sülhə və iqtisadi inkişafa nail ola bilərik", - deyə T.Mirkişili əlavə edib.

Paylaş:
968

Son xəbərlər

Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01BMT “ASAN xidmət”i 4 qitədə təşviq edəcəkBu gün, 10:00Ölkə ərazisindəki bəzi çaylarda sululuq artıbBu gün, 09:46AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirimBu gün, 09:39AMB 26 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:21Bakının sıxlıq olan küçə və prospektləri - SİYAHIBu gün, 09:18Prezident İlham Əliyev Donald Trampa zəng edibBu gün, 09:16Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:37
Bütün xəbərlər