Siyəzəndə məktəbli motosiklet qəzasında ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Siyəzəndə məktəbli motosiklet qəzasında ölüb

1news Redaksiyası17:06 - Bu gün
Siyəzəndə məktəbli motosiklet qəzasında ölüb

Siyəzən rayonunda 11-ci sinif şagirdi motosiklet qəzası nəticəsində həyatını itirib.

1news.az-ın APA-ya istinadən məlumatına görə, hadisə bu gün saat 15:00 radələrində rayonun Böyük Həmyə kəndində baş verib.

Kənd məktəbinin 11-ci sinif şagirdi Oqtay Kərimovun idarə etdiyi motosiklet yaşayış evinə çırpılıb. Qəza nəticəsində ağır xəsarətlər alan məktəbli hadisə yerində ölüb.

Quba-Xaçmaz Regional Təhsil İdarəsindən bildirilib ki, hadisə dərs saatlarında baş verməyib.

Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsində araşdırma aparılır.

Paylaş:
90

Son xəbərlər

Bütün xəbərlər