TANAP ilə Avropaya nəql edilən qazın həcmi açıqlanıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

TANAP ilə Avropaya nəql edilən qazın həcmi açıqlanıb

11:29 - 23 / 02 / 2022
TANAP ilə Avropaya nəql edilən qazın həcmi açıqlanıb

Türkiyə ilə Azərbaycan arasında enerji sahəsində strateji əməkdaşlığın ən əhəmmiyyətli layihələrindən biri olan Trans-Anadolu Təbii Qaz Boru Kəməri Layihəsi (TANAP) ilə 2022-ci ilin yanvar ayının sonuna qədər Türkiyəyə tədarük edilən təbii qazın miqdarı 14,5 milyard kubmetrə, Trans Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropaya ötürülən qazın miqdarı isə 9 milyard kubmetrə çatıb.

1news.az xəbər verir ki, bunu TANAP konsorsiumunun baş direktoru Saltuk Düzyol deyib. Onun sözlərinə görə, Türkiyə, Yaxın Şərq və Avropanın “ən uzun və ən geniş təbii qaz kəməri” ünvanına malik olan TANAP Azərbaycanın “Şahdəniz-2” yatağından hasil edilən təbii qazı Türkiyə marşrutu ilə daşıyaraq TAP bağlantısı ilə Avropaya çatdırır, beləliklə, enerji təchizatı təhlükəsizliyinə və iki ölkənin enerji sahəsində brendləşmə prosesinə töhfə verir.

Məlumata görə, Trans-Anadolu Təbii Qaz Boru Kəməri Layihəsi (TANAP) 2018-ci il iyunun 30-da başlayan kommersiya istismarı fəaliyyətində 3 ildən artıq bir dövrü uğurla başa vurub. TANAP Azərbaycanın “Şahdəniz-2” yatağından hasil edilən qazı Türkiyə sərhədləri daxilində 20 şəhər, 67 rayon və 600 kənddən keçərək Ədirnənin İpsala rayonunda Trans-Adriatik Boru Kəməri (TAP) ilə Avropaya çatdırır. İki ölkənin enerji sahəsində brendləşməsinə böyük töhfələr verən TANAP ilə istismara verildiyi tarixdən 2022-ci ilin yanvar ayının sonuna qədər Türkiyəyə tədarük edilən təbii qazın ümumi həcmi 14,5 milyard kubmetrə, Avropaya verilən qazın həcmi 9 milyard kubmetrə çatıb.

Cənub Qaz Dəhlizinin ən əhəmmiyyətli həlqəsi olan TANAP, Azərbaycanın Avropa İttifaqı ilə mövcud iqtisadi və siyasi əməkdaşlığının daha da inkişafına töhfə verməklə yanaşı, Azərbaycanı Türkiyənin ikinci ən böyük qaz təchizatçısı və Avropa İttifaqının yeni qaz təchizatçısı səviyyəsinə çatdırdı.

1news.az

Paylaş:
704

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər