Bu il TANAP-la planlaşdırılan qaz tədarükünün həcmi açıqlanıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bu il TANAP-la planlaşdırılan qaz tədarükünün həcmi açıqlanıb

11:53 - 23 / 02 / 2022
Bu il TANAP-la planlaşdırılan qaz tədarükünün həcmi açıqlanıb

Bu il Trans-Anadolu qaz kəməri (TANAP) vasitəsi ilə Türkiyə və Avropaya 16,2 mlrd. kubmetr qazın nəqli planlaşdırılıb.

1news.az xəbər verir ki, bunu mətbuat konfransı zamanı TANAP konsorsiumunun baş direktoru Saltuk Düzyol deyib.

Xatırladaq ki, bu günə kəmərin ötürmə qabiliyyəti 16 mlrd. kubmetrdir (6 mlrd. kubmetri Türkiyə, 10 mlrd. kubmetri isə Avropa üçün nəzərdə tutulub – red.). Kəmərin ötürmə gücü gələcəkdə 31 mlrd. kubmetrədək artırıla bilər.

Qeyd edək ki, TANAP kəməri Cənubi Qaz Dəhlizinin (CQD) mərkəzi elementidir. Bu kəmər vasitəsi ilə Azərbaycan qazının bir hissəsi Türkiyəyə, digər hissəsi isə Avropaya nəql edilmək üçün (Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə) Türkiyə ilə Yunanıstanın sərhədinədək çatdırılır.

1news.az

Paylaş:
618

Son xəbərlər

Bütün xəbərlər