KİV: Kiyevdə hökumət binası yaxınlığında atışma gedir
Ukraynanın paytaxtı Kiyevin hökumət binaları yerləşən hissəsində atəş səsləri eşdirilir.
1news.az xəbər verir ki, bu barədə “Assoşieyted Press” agentliyi məlumat yayıb.
Ukrayna Prezidentinin ofis rəhbərinin müşaviri Aleksey Arestoviç keçirdiyi brifinqdə bildirib ki, ən böyük təhlükə Kiyev üzərindədir.
O, Rusiya Ordusunun Kiyevin yaxınlığında yerləşən Qostomel, Vorzel və Buşe istiqamətində irəlilədiyini açıqlayıb.
Arestoviç Kiyev sakinlərini yerli ərazi batalyonlarına yazılmağa səsləyib.
O, Ukrayna Ordusunun Xarkov istiqamətində təmas xəttini stabilləşdirdiyini, Melitopol və Xerson şəhərləri uğrunda döyüşlərin getdiyini xatırladıb.
1news.az
603