Ağdamın içməli su sistemlərinin yenidən qurulması işlərinə başlanılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdamın içməli su sistemlərinin yenidən qurulması işlərinə başlanılıb - FOTO

S.Xankişiyeva11:11 - 26 / 02 / 2022
Ağdamın içməli su sistemlərinin yenidən qurulması işlərinə başlanılıb - FOTO

İşğaldan azad edimiş ərazilərdə məsələlərin mərkəzləşmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahından daxil olan məlumata görə, işğaldan azad olunmuş Ağdam şəhərinin içməli su təchizatı, tullantı və yağış sularının idarə olunması sistemlərinin yaradılması ilə bağlı texniki-iqtisadi əsaslandırma və ilkin layihə sənədlərinin hazırlanması məqsədilə yaradılmış işçi qrupun iclası keçirilib.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən məlumata görə, Ağdam şəhərində baş tutan iclasda “Azərsu” ASC-nin və işçi qrupuna daxil olan digər dövlət təşkilatlarının əməkdaşları və mütəxəssislər iştirak edib.

İclasda Ağdam rayonunda içməli su təchizatının bərpası məqsədilə görülmüş təxirəsalınmaz işlər barədə məlumat verilib. Bildirilib ki, Ağdam rayonu işğaldan azad olunduqdan sonra məskunlaşma olan obyektlərin içməli su ilə təmin olunması məqsədilə təxirəsalınmaz işlər həyata keçirilib. Ağdam rayonu ərazisində Monitorinq Mərkəzinin tikintisi layihəsi çərçivəsində içməli və tullantı su xətləri çəkilib, su anbarı, nasos stansiyası, infiltriasiya və septik qurğular inşa edilib. Ağdam rayonunun Xıdırlı kəndində yeni subartezian quyusunun qazılmasına başlanıb. Quyu ərazisindən magistral və paylayıcı su xətləri inşa olunub.

Ağdam şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması ilə bağlı perspektiv layihələr, bu sahədə innovativ texnologiyaların tətbiqi və ətraf mühitə təsirin qiymətləndirilməsi məsələləri ilə bağlı təqdimat keçirilib. Qeyd olunub ki, Ağdam şəhərinin içməli su layihəsi hazırlanarkən əhalinin içməli suya tələbatı, sənaye və turizm imkanları nəzərə alınacaq. Ağdam şəhərinin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədilə kompleks tədqiqat işləri aparılacaq. İlkin mərhələdə yeraltı mənbələr hesabına şəhərə suyun verilməsi üçün 2 kəşfiyyat quyusu qazılıb və tədqiqat işləri davam etdirilir.

İclasda Ağdam şəhərinin içməli su təchizatı, tullantı və yağış sularının idarə edilməsi şəbəkələrinin yaradılması, bu sahədə ağıllı və innovativ texnologiyaların tətbiqi ilə bağlı müzakirələr aparılıb.

Paylaş:
883

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər