Ceyhun Bayramov UNESCO missiyasının regiona səfərindən danışıb | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov UNESCO missiyasının regiona səfərindən danışıb

Qafar Ağayev16:59 - 02 / 03 / 2022
Ceyhun Bayramov UNESCO missiyasının regiona səfərindən danışıb

Ermənistanın törətdiyi mədəni soyqırımın ağır nəticələri Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra geniş şəkildə üzə çıxıb.

1news.az-ın xəbərinə görə, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT İnsan Hüquqları Şurasının 49-cu Sessiyasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, əvvəllər Azərbaycan Respublikası UNESCO-ya işğal olunmuş ərazilərə missiya həyata keçirmək üçün dəfələrlə müraciət edib, lakin bunun qarşısı erməni hərbi birləşmələrinin işğalı nəticəsində alınıb: “Bu fakt UNESCO-nun 2005-ci ildə dərc olunmuş fəaliyyət hesabatında öz əksini tapıb. Ermənistandakı Azərbaycanın tarixi-mədəni irsi də işğal altında olmuş ərazilərdəki irslə eyni taleyi paylaşır. Azərbaycan tərəfindən bu faktlar dəfələrlə UNESCO-nun və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb".

Paylaş:
1391

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər