XİN Azərbaycanın BMT-yə üzvlüyünün 30-cu ildönümü ilə bağlı bəyanat verib | 1news.az | Xəbərlər
Siyasət

XİN Azərbaycanın BMT-yə üzvlüyünün 30-cu ildönümü ilə bağlı bəyanat verib

S.Xankişiyeva12:17 - 02 / 03 / 2022
XİN Azərbaycanın BMT-yə üzvlüyünün 30-cu ildönümü ilə bağlı bəyanat verib

Ötən üç onillik ərzində Azərbaycan özünü BMT-nin məsuliyyətli üzvü kimi sübut edib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Birləşmiş Millətlər Təşkilatına üzvlüyünün 30-cu ildönümü ilə bağlı məlumatında bildirilib.

“Azərbaycan Respublikası ərazilərinin silahlı təcavüzə məruz qalması dövrünə təsadüf edən BMT-yə üzvlüyünün ilk illərində bu mötəbər təşkilat tərəfindən Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına qətiyyətli dəstək ifadə edilib. Həmin mürəkkəb dövrdə işğalın yaratdığı ağır humanitar fəsadların aradan qaldırılması istiqamətində də BMT tərəfindən Azərbaycana əhəmiyyətli dəstək göstərilib.

Təqribən 30 il sonra BMT Nizamnaməsini rəhbər tutaraq Azərbaycan Respublikası öz ərazilərini işğaldan azad etdi və hal-hazırda həmin ərazilərdə geniş miqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Bu işlərdə, o cümlədən ərazilərin minalar və digər partlayıcılardan təmizlənməsi, məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli geri qayıdış hüququnun təmin edilməsi istiqamətində də Azərbaycan BMT və onun ixtisaslaşmış qurum və təsisatları ilə əməkdaşlığı davam etdirir.

Ötən üç onillik ərzində Azərbaycan özünü BMT-nin məsuliyyətli üzvü kimi sübut edib. BMT Nizamnaməsində əksini tapmış məqsəd və prinsiplərə nail olmaq istiqamətində öz dəyərli töhfələrini vermək üçün Azərbaycan Respublikası BMT-nin fəaliyyətinin hər üç istiqaməti – sülh və təhlükəsizlik, davamlı inkişaf və insan hüquqlarının qorunması və təşviqi üzrə qurumun fəaliyyətinə fəal şəkildə cəlb olunub. Təsadüfi deyildir ki, BMT üzv dövlətlərinin mütləq əksəriyyətinin dəstəyi ilə Azərbaycan Respublikası 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üzrə qeyri-daimi üzvü seçilib.

Azərbaycan BMT mandatı əsasında fəaliyyət göstərən sülhməramlı əməliyyatlara, 2030-cu il Dayanıqlı İnkişaf Gündəliyində əksini tapmış məqsədlərin icrasına, insan hüquqlarının qorunması və təşviqi sahəsində beynəlxalq fəaliyyətə və ənənəvi və yaranmaqda olan qlobal risk və təhdidlərə qarşı mübarizəyə dəyərli töhfələr verib.

COVID-19 pandemiyasının ortaya çıxdığı ilk vaxtlardan başlayaraq Azərbaycan Respublikası, Qoşulmama Hərəkatının sədri qismində BMT çərçivəsində pandemiyaya qarşı mübarizədə birgə məsuliyyət, gücləndirilmiş həmrəylik və beynəlxalq əməkdaşlığı təşviq edən qlobal əhəmiyyətli mühüm təşəbbüslərlə çıxış etmişdir. Azərbaycan Respublikası Prezidentinin Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüslər əsasında baş tutmuş BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyası, COVID-19 əleyhinə peyvəndlərə bərabər, ədalətli və universal əlçatanlığın təmin edilməsi mövzusunda 2021-ci il ərzində BMT-nin İnsan Hüquqları Şurası və Baş Assambleyasında qəbul edilmiş qətnamələr və pandemiyadan sonrakı qlobal bərpa məsələlərinə həsr olunan digər təşəbbüslər Azərbaycan Respublikasının bu istiqamətdə beynəlxalq əməkdaşlıqda mühüm və nümunəvi rol oynadığından xəbər verir.

Beynəlxalq hüququn və çoxtərəfliliyin sadiq müdafiəçisi olaraq Azərbaycan Respublikası, bundan sonra da BMT-nin etibarlı tərəfdaşı olmağa davam edəcək və beynəlxalq sülh və təhlükəsizliyə əlavə töhfələr vermək istiqamətində öz səylərini əsirgəməyəcək”.

Paylaş:
1051

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər