Nazir: Azərbaycan Ukraynaya 5,5 milyon avro məbləğində humanitar yardım çatdırıb | 1news.az | Xəbərlər
Siyasət

Nazir: Azərbaycan Ukraynaya 5,5 milyon avro məbləğində humanitar yardım çatdırıb

Qafar Ağayev15:21 - 05 / 03 / 2022
Nazir: Azərbaycan Ukraynaya 5,5 milyon avro məbləğində humanitar yardım çatdırıb

“Ukraynada hərbi münaqişələr zamanı həlak olanlar arasında soydaşlarımız da var”.

1news.az xəbər verir ki, bunu bu gün xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən brifinqdə bildirib.

"Həlak olanların yaxınlarına başsağlığı verilib" - deyə, nazir əlavə edib:

“Ukraynanın müraciətinə əsasən, 24 saat ərzində Azərbaycan 5 milyon 500 min avro məbləğində humanitar yardımı Polşa üzərindən Ukraynaya çatdırıb”.

Paylaş:
1454

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər