Ombudsman Ermənistan tərəfindən dağıdılmış və təhqir edilmiş qəbiristanlıqlarla bağlı hesabat hazırlayıb
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən işğal dövründə dağıdılmış və təhqir edilmiş qəbiristanlıqlarla bağlı hesabat hazırlayıb.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə Ombudsman Aparatından məlumat verilib.
Ombudsman Ermənistanın Birinci və İkinci Qarabağ müharibələri dövründə törətdiyi müharibə cinayətləri, beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq normalarının pozulması faktları barədə dünya ictimaiyyətini məlumatlandırmaqda davam edir.
Ombudsman həyata keçirdiyi faktaraşdırıcı missiya çərçivəsində əldə etdiyi müvafiq dəlil, sübut və materiallar əsasında növbəti hesabatını hazırlayıb.
Sözügedən hesabat Ermənistan tərəfindən işğal dövründə azərbaycanlılara məxsus qəbiristanlıqların kütləvi şəkildə və qəsdən dağıdılması, qəbirlərin və ölülərin təhqir edilməsi, qəbirüstü abidələrin talan edilməsi, habelə məzarları ziyarət edəcək insanlar arasında ölüm hallarının baş verməsi məqsədilə ərazinin minalanması və digər əyani faktları özündə əks etdirir.
Hesabatda beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarının kobudcasına pozulması, müharibə cinayətləri törədilməsinə görə Ermənistanın hüquqi məsuliyyətə cəlb edilməsi istiqamətində ciddi tədbirlərin görülməsi üçün beynəlxalq təşkilatlara çağırış edilib.
Hesabat beynəlxalq təşkilatlara, xarici ölkələrin ombudsmanlarına, habelə insan hüquqlarının müdafiəsi və təbliği ilə məşğul olan digər beynəlxalq qurumlara göndərilib.
Hesabatın mətni ilə buradan tanış ola bilərsiniz.
Mövzu ilə əlaqədar oxuyun:
Azərbaycan, Fransa, Ermənistan liderləri və Aİ Şurası Prezidenti videoformatda görüş keçirib - FOTO
Prezident İlham Əliyev xalqa müraciət edib - YENİLƏNİB
Azərbaycan 15 ermənini verib 97 min mina xəritəsini aldı
Azərbaycana xüsusi təlim keçmiş iki minaaxtaran it gətirilib
ABŞ Azərbaycana 10 minaaxtaran it göndərib
ANAMA Yevlaxdakı partlayışla bağlı məlumat yayıb
Yevlaxda ermənilərin müharibə dövründə atdığı kasetli bomba partladı, çoban öldü
Yevlaxda partlayışın baş verdiyi ərazidə 17 ədəd kasetli bomba aşkarlanıb