Fransa Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib | 1news.az | Xəbərlər
Rəsmi

Fransa Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib

Qafar Ağayev11:54 - 07 / 03 / 2022
Fransa Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib

Fransa Prezidenti Emmanuel Makron Fransa və Azərbaycan diplomatik münasibətlərinin qurulmasının 30 illiyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident,

Fevralın 21-də Fransa və Azərbaycan öz diplomatik münasibətlərinin qurulmasının 30 illiyini qeyd edirlər. Bu münasibətlə mən Sizə səmimi təbriklərimi ünvanlamaq istəyir və ümid edirəm ki, Azərbaycan öz müstəqilliyini, inkişafını və ölkələrimizin bağlı olduğu dünyəviliyi möhkəmləndirməyi bundan sonra da davam etdirəcəkdir.

Bu illər ərzində Fransa və Azərbaycan iqtisadi, mədəni və təhsil sahələrində tərəfdaşlığa əsaslanan, Fransa və Azərbaycan arasında dostluğun bünövrəsi sayılan Fransa-Azərbaycan Universiteti və Bakıdakı fransız liseyi kimi ümumi uğurlarla əlamətdar olan möhkəm əlaqələr qura bilmişlər. Fransa İnkişaf Agentliyi infrastruktur və kommunikasiya sahələrində layihələr həyata keçirməkdədir.

Prezident Heydər Əliyevin Prezident Fransua Mitteranla 1993-cü ildə imzaladığı dostluq, anlaşma və əməkdaşlıq haqqında müqavilə əsasında qurulan bu münasibətlər həm də mənim çox bağlı olduğum ən yüksək səviyyədə siyasi dialoqa əsaslanır. Azərbaycan Prezidenti kimi ilk səfərlərinizi Fransaya etdiyinizi unutmamışıq.

Fransa həm də ATƏT-in Minsk qrupunun həmsədri kimi, regionda ədalətli, davamlı sülh və rifah mənbəyi üçün səyləri dəstəkləmək öhdəliyinə tam sadiqdir.

Mən Sizinlə və Ermənistanın baş naziri ilə Avropa Şurasının (Avropa İttifaqı Şurası) sədrinin yanında apardığınız son mübadilələrimizin konstruktiv ruhunu alqışlayıram. Fransa müzakirə etdiyi bütün mövzularda irəliləyişə nail olmaq üçün öz dəstəyini verməyə hazırdır. Mən qorunmalı olan irs məsələsi və UNESCO-nun missiyası barədə toxunduğumuz mövzu haqqında da xüsusilə düşünürəm.

Fransa, həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında Şərq tərəfdaşlığı və iştirak etdiyimiz 15 dekabr Zirvə görüşündə müəyyən edilmiş prioritetlər çərçivəsində əlaqələri gücləndirmək arzusundadır.

Ümidvaram ki, ikitərəfli əlaqələrimiz bundan sonra da dostluq və etimad ruhunda möhkəmlənəcəkdir. Əmin olun ki, Fransa buna fəal şəkildə töhfəsini verəcəkdir.

Cənab Prezident ən yüksək ehtiramlarımı qəbul etməyinizi xahiş edirəm".

Paylaş:
696

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər