Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başlayıb - FOTO | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başlayıb - FOTO

S.Xankişiyeva12:11 - 10 / 03 / 2022
Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başlayıb - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə martın 10-da Türkiyəyə işgüzar səfərə gedib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Ankaranın Esenboğa Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz və digər rəsmi şəxslər qarşıladılar.

Paylaş:
773

Son xəbərlər

Bütün xəbərlər