İlham Əliyev İranın dövlət başçısını təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev İranın dövlət başçısını təbrik edib

Qafar Ağayev15:33 - 11 / 03 / 2022
İlham Əliyev İranın dövlət başçısını təbrik edib

Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisiyə təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən məlumatına görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında əlamətdar tarix – diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Sizi səmimiyyətlə təbrik edir, dost və qardaş İran xalqına ən xoş arzularımı çatdırıram.

Dini və mədəni köklərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsi qarşılıqlı hörmət və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran münasibətlərinin əsas təməlini təşkil edir. Dostluq əlaqələrimizin bugünkü yüksək səviyyəsi otuz illik dövrdə ölkələrimizin birgə fəaliyyətinin nəticəsidir. Bu illər ərzində çoxsaylı qarşılıqlı səfərlər, imzalanan sənədlər, əldə edilən razılaşmalar və həyata keçirilən birgə layihələr siyasi, iqtisadi, nəqliyyat, enerji, mədəni və digər sahələrdə əməkdaşlığımızın dinamik inkişafında mühüm rol oynamışdır.

Mən Azərbaycan ilə İran arasındakı müntəzəm siyasi dialoqu və bir sıra sahələrdəki işbirliyimizi yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu gün qarşılıqlı faydalı əməkdaşlığımızın daha da inkişaf etdirilməsi üçün böyük perspektivlər vardır. Şübhəsiz, tarixi, əzəli torpaqlarımızın işğaldan azad olunması nəticəsində Azərbaycan-İran dövlət sərhədinin bərpası müxtəlif sahələrdəki mövcud potensialdan tam şəkildə yararlanmağa, nəqliyyat-kommunikasiya dəhlizlərinin gerçəkləşdirilməsində birgə iştiraka əlverişli şərait yaratmışdır. Bu baxımdan Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun əhəmiyyətini xüsusi qeyd etmək istəyirəm.

Hazırda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı yenidənqurma və bərpa işləri aparılır. Biz ölkənizi təmsil edən şirkətlərin də yaxın gələcəkdə bu prosesdə iştirakını görməkdən məmnun olardıq.

İnanıram ki, xalqlarımızın mənafelərinə və ölkələrimizin maraqlarına xidmət edən Azərbaycan-İran münasibətləri bundan sonra da birgə səylərimizlə uğurla inkişaf edəcək və möhkəmlənəcəkdir.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost və qardaş İran xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".

Paylaş:
461

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər