Vüqar Rəhimzadə: Azərbaycanın enerji diplomatiyasının uğurları ölkəmizin malik olduğu potensialdan səmərəli istifadəsinə əsaslanır | 1news.az | Xəbərlər
Siyasət

Vüqar Rəhimzadə: Azərbaycanın enerji diplomatiyasının uğurları ölkəmizin malik olduğu potensialdan səmərəli istifadəsinə əsaslanır

S.Xankişiyeva15:45 - 17 / 03 / 2022
Vüqar Rəhimzadə: Azərbaycanın enerji diplomatiyasının uğurları ölkəmizin malik olduğu potensialdan səmərəli istifadəsinə əsaslanır

“Azərbaycan malik olduğu təbii resurslara görə daim dünyanın diqqətində və marağında olub. Amma reallıq budur ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizdə yaradılan sabitlik, əlverişli iqtisadi mühit ölkəmizlə əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin sayının artmasında əhəmiyyətli rol oynadı.

Ümummilli Liderin müəllifi olduğu “Əsrin müqaviləsi” ölkəmizin iqtisadi və siyasi mövqeyinin möhkəmləndirilməsində stimulverici amil rolunu oynadı. Bu müqavilədən sonra imzalanan onlarla saziş, Anlaşma memorandumları da deyilənlərin təsdiqidir. “Əsrin müqaviləsi”nin imzalanmasından ötən 28 ilə yaxın dövrdə ölkəmizin enerji sektorunda qazandığı uğurların miqyasına diqqət yetirməklə Azərbaycanın regional inkişafa və dünyanın enerji təhlükəsizliyinin təmin olunmasına töhfələrinin aydın mənzərəsini yarada bilərik. Qədim dövrlərdən neft ölkəsi kimi tanınan Azərbaycan bu gün, eyni zamanda, beynəlxalq arenada qaz ixracatçısı kimi nüfuz qazanmaqdadır.

Çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istifadəyə verilməsi ilə əməkdaşlığın regional çərçivədə inkişafının təməli qoyuldu. Bu layihələr nəinki iştirakçı ölkələrin, həmçinin dünya dövlətlərinin dayanıqlı iqtisadi inkişafına geniş imkanlar açdı. Təsadüfi deyil ki, artıq bu gün beynəlxalq səviyyədə çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin perspektivlərindən, Azərbaycanın etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyindən geniş bəhs olunur. 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməlinin qoyulması mərasimində dövlət başçısı İlham Əliyev bu mühüm addımı görülən işlərin zirvəsi kimi dəyərləndirmişdir.

Enerji layihələrinin coğrafiyasının genişləndirilməsi, yeni-yeni layihələrin gündəmə gətirilərək onların siyasi və iqtisadi əhəmiyyətinin beynəlxalq müzakirəyə çıxarılması bölgədə, dünya birliyində sabitlik və əmin-amanlığın möhkəmlənməsinə öz müsbət təsirini göstərir. İqtisadi müstəqilliyin siyasi müstəqillik üçün əsas olduğunu nəzərə alsaq, bu gün Azərbaycanın digər sahələrdə olduğu kimi, enerji sektorunda da liderliyinin özünü qabarıq şəkildə büruzə verdiyini inamla söyləyə bilərik. Dövlət başçısı İlham Əliyevin Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü barədə səsləndirdiyi fikirlər də bugünümüzün reallıqlarına söykənir.”

1news.az-ın verdiyi xəbərə görə, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bu günlərdə təməlqoyma mərasimi keçirilən Qaradağ Günəş Elektrik Stansiyasının perspektivləri ilə bağlı açıqlamasında bildirib.

“Əsrin müqaviləsi” 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanmasına yol açdı, 2018-ci ildə çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin rəsmi açılışı, onun əsas seqmentlərindən olan TANAP və TAP-ın istifadəyə verilməsi kimi mühüm qlobal hadisələr enerji tariximizi daha da zənginləşdirdi” söyləyən Vüqar Rəhimzadə qeyd edib ki, bu gün Azərbaycan neft, təbii qaz, neft məhsulları və elektrik enerjisi ixrac edən ölkədir: “Azərbaycanda elektrik enerjisinin ixracı baxımından böyük potensial var. Hər bir yeni stansiyanın inşa olunması ixrac imkanlarımızı daha da genişləndirir. Atılan hər bir addım, eyni zamanda, şirkətlərin məxsus olduğu ölkələr arasında əlaqələrin inkişafının təqdimatıdır. Qaradağ Günəş Elektrik Stansiyasının inşasını həyata keçirəcək “Masdar” şirkəti Birləşmiş Ərəb Əmirliklərini təmsil edir. Bu ölkə ilə Azərbaycan arasında iqtisadi, siyasi və digər sahələrdə əməkdaşlıq yüksək səviyyədədir. Dövlət başçısı İlham Əliyev Bakının “Gülüstan” sarayında keçirilən təməlqoyma mərasimində ölkələrimizin bərpaolunan enerji istehsalı sahəsində də əməkdaşlığa start vermələrindən məmnunluğunu bildirərək bu əminliyi ifadə etmişdir ki, yaxın gələcəkdə Qaradağda bu stansiyanın açılışını birlikdə qeyd edəcəyik. Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Al Mazrouel Azərbaycanın bərpaolunan enerji planlarını enerji siyasətinin mühüm hissəsinə çevirmək istəyini alqışlayaraq ölkəmizin 2030-cu ilə qədər bu sahədə quraşdırılmış güclərin 30 faizə qədər artırılması kimi mühüm məqsədləri qarşıya qoymasından məmnunluğunu ifadə etmişdir. Təbii ki, bu əməkdaşlıqda əhəmiyyətli rol oynayan amillərdən biri də ölkəmizin investisiya cəlbediciliyini qorumasından irəli gəlir. Azərbaycan investisiya cəlb etməklə yanaşı, eyni zamanda, investisiya yatıran ölkədir. Son 18 ildən artıq dövrdə ölkə iqtisadiyyatına 280 milyard dollara yaxın vəsait yatırılıb. Bu rəqəm, təbii ki, Azərbaycanın bugününə və gələcəyinə inamdan irəli gəlir.”

YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki, ötən hər bir il enerji sektorunda qazanılan uğurların zənginliyi ilə diqqət çəkir: “Baxmayaraq ki, cari ilin iki ayını arxada qoymuşuq artıq indidən inamla söyləyə bilərik ki, energetika sahəsində çox önəmli addımlar atılıb. Belə ki, ötən yanvar ayında Səudiyyə Ərəbistanını təmsil edən “ACWA Power” şirkəti ilə birlikdə 240 meqavat gücündə Külək Elektrik Stansiyasının təməli qoyuldu. Fevral ayında “Azərenerji” ASC tərəfindən inşa edilmiş 385 meqavat gücündə elektrik stansiyasının açılışı oldu. Ümumilikdə bərpaolunan enerji növlərinin inkişafı hazırda ölkəmiz üçün prioritet məsələdir. Dünyanın aparıcı enerji şirkətləri Azərbaycanla bu sahədə əməkdaşlıq etməkdə maraqlıdırlar. Böyük potensial işğaldan azad edilmiş ərazilərdədir.”

“Rəqabət qabiliyyəti baxımından MDB məkanında birinci olan Azərbaycanın iqtisadi uğurlarını təmin edən, regionda sülhün təminatı üçün səylərini artıran neft-qaz amilinin əhəmiyyəti bütün səviyyələrdə xüsusilə vurğulanır” söyləyən Vüqar Rəhimzadə bildirib ki, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycanın davamlı inkişafının əsasına çevrilib: “Bu fikir hər zaman önə çəkilir ki, dünyada neftlə zəngin çox ölkələr var. Amma o sərvətlər həmin ölkələrə heç də uğur gətirmir. Lakin Azərbaycanda neft strategiyasının dünya ölkələrinin təcrübəsinə əsasən işlənib hazırlanması uğurlarımızın davamlılığına stimuldur. Neft gəlirlərinin düzgün idarə olunması əhalinin sosial müdafiəsinin təminatında əhəmiyyətli rol oynayır. Hazırda paytaxt və bölgələrdə, artıq azadlığına qovuşmuş torpaqlarımızda mühüm sosial-iqtisadi layihələr həyata keçirilir. Geniş miqyas alan bərpa və quruculuq işləri ölkəmizin öz maliyyə vəsaitləri hesabına aparılır. Dövlət başçısı İlham Əliyev qeyd olunan təməlqoyma mərasimində Azərbaycanın hazırkı dayanıqlı iqtisadi inkişafını sosial-iqtisadi göstəricilər əsasında diqqətə çatdırmışdır. Təkcə bu ilin iki ayının göstəricilərinə diqqət yetirməklə qarşıdakı dövrün aydın mənzərəsini təqdim edə bilərik. Ümumi daxili məhsul 6,7 faiz, qeyri-neft sektoru 10,1 faiz, qeyri-neft sənaye istehsalı təxminən 21 faiz artıb. Bu rəqəmlər göstərir ki, ölkəmizdə aparılan islahatlar, sənayeləşmə siyasəti, biznes mühitinin yaxşılaşdırılması və xarici sərmayənin cəlb edilməsi istiqamətində doğrudan da təqdirəlayiq addımlar atılır. Dövlət başçısı bu məqamı da xüsusi qeyd edir ki, Azərbaycan dünya miqyasında xarici dövlət borcu çox aşağı səviyyədə olan ölkələr sırasındadır.”

YAP Xətai rayon təşkilatının sədri günümüzün uğurları sırasında yer alan bu mühüm məqamı da xüsusi qeyd edib ki, Azərbaycan hazırda dünya miqyasında yalnız investisiya yatırılan deyil, eyni zamanda, investisiya yatıran ölkə kimi tanınır və nüfuz qazanır: “Hazırkı dövrdə prioritet məsələ azad edilmiş torpaqlarda bərpa və quruculuq işlərini uğurla başa çatdırmaq və Böyük Qayıdışı reallaşdırmaqdır. Sonrakı mərhələdə bu ərazilərimizin malik olduğu potensialdan səmərəli istifadə etməklə Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın dayanıqlı inkişafı üçün geniş imkanlar yaradılacaq. Qarabağımız böyük investisiyalar məkanına çevriləcək”.

Paylaş:
428

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər