Bayram qabağı bazarlarda qiymətlər “əl yandırır” - VİDEO
Hər yeni il və Novruz ərəfəsində bayram yarmarkaları təşkil edilir. Məqsəd isə bazarı həmin dövrlərdə daha keyfiyyətli və ucuz məhsullarla təmin etməkdir. Ancaq apardığımız müşahidələrimiz onu göstərdi ki, bu yarmarkalarla digər bazarlar arasında elə də ciddi qiymət fərqi yoxdur. Məsələn 8-ci kilometr bazarında qoz ləpəsinin 1 kiloqramının qiyməti 10 manatdan başlayır, 18 manata qədər artır.
Adları çəkilən bu məhsulların qiyməti elə Nərimanov rayonunda təşkil olunan yarmarkada da, demək olar ki, eynidir.
1news.az Xəzər TV-yə istinadənn xəbər verir ki, düzdür, satıcılar qiymət artımının olmadığını deyirlər. Ancaq alıcılar başqa fikirdədilər.
Beləliklə, hazırda həm bazarlarda, həm də yarmarkalarda qoz ləpəsinin 1 kiloqramının qiyməti 10- 18 manat, fındıq ləpəsi 12 - 14 manat, badam ləpəsi 15- 23 manat, qabıqlı qoz 3-5 manat, qabıqlı fındıq 4-6 manat, şabalıd 8-10 manat, iydə və innabın kiloqramı isə 3 -10 manat arasında dəyişir. Meyvələrdən almanın kiloqramı 1 manat 50 qəpikdən başlayır. Heyva isə 2 manatdır. Armudun qiyməti 2 manatdan 4 manat 50 qəpiyə, portağal 1 manat 80 qəpikdən 2 manata, naringi 2 manat 30 qəpikdən 2 manat 50 qəpiyə, nar 1 manatdan 1 manat 50 qəpiyə qədər artır. Tərəvəzlərdən kartofun 1 kiloqramı 90 qəpikdən başlayır. Soğanın qiyməti 50-70 qəpik, xiyar 3 manat-4 manat 50 qəpik, pomidor 2 manat 50 qəpik - 4 manat arası dəyişir. Novruz süfrəsinin bəzəyi olan səməninin isə qiyməti 1 manatdan 10 manata qədərdir.
1news.az