Nazir: Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinin Şuşada qeyd edilməsi rəmzi məna daşıyır | 1news.az | Xəbərlər
Siyasət

Nazir: Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinin Şuşada qeyd edilməsi rəmzi məna daşıyır

S.Xankişiyeva14:13 - 18 / 03 / 2022
Nazir: Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinin Şuşada qeyd edilməsi rəmzi məna daşıyır

Bu il biz Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyini qeyd edirik. Artıq bir müddətdir bununla bağlı silsilə tədbirlər keçirilir. Bu gün Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində belə bir toplantının keçirilməsi rəmzi məna daşıyır.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu sözləri Şuşada Azərbaycan-BMT münasibətlərinin 30 illiyinə həsr olunmuş tədbirdə iştirak edən xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə müsahibəsində söyləyib.

Nazir qeyd edib ki, Azərbaycan BMT tərəfindən elan edilmiş Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) böyük önəm verir və DİM-lər üzrə müxtəlif sahələrdə bütün dünya qarşısında duran mövzularla bağlı prioritetlərini müəyyənləşdirir.

Ölkəmiz bu istiqamətlərdə inkişaf etmək üçün böyük və sistemli işlər həyata keçirir. Azərbaycan həm postmünaqişə dövrünə aid olan, həm də postpandemiya dövründə dünya qarşısında dayanan çağırışları BMT kontekstində müzakirə etmək məqsədilə bu gün Şuşa şəhərində xüsusi toplantı təşkil edib. Burada həm Azərbaycanın müxtəlif dövlət qurumlarının rəhbərləri, nümayəndələri, həm də BMT-nin müxtəlif agentliklərinin rəhbərləri iştirak edirlər. Hesab edirik ki, bu tədbir çox önəmli və vacib mövzuların müzakirəsi baxımından mühüm platforma kimi Azərbaycanla BMT arasında münasibətlər üçün faydalı olacaq.

Paylaş:
345

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər