Prezidentin köməkçisi BMT rəsmisi ilə UNEP-in azad olunmuş ərazilərə missiyasını müzakirə edib | 1news.az | Xəbərlər
Siyasət

Prezidentin köməkçisi BMT rəsmisi ilə UNEP-in azad olunmuş ərazilərə missiyasını müzakirə edib

Qafar Ağayev09:12 - 18 / 03 / 2022
Prezidentin köməkçisi BMT rəsmisi ilə UNEP-in azad olunmuş ərazilərə missiyasını müzakirə edib

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Avropa üzrə Regional Nümayəndəliyinin direktoru Bruno Pozzi ilə UNEP-in azad olunmuş ərazilərə missiyasını müzakirə edib.

1news.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev öz rəsmi "Twitter" hesabında bildirib.

"BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Avropa üzrə Regional Nümayəndəliyinin direktoru Bruno Pozzi ilə ekoloji vəziyyəti qiymətləndirmək üçün UNEP-in işğaldan azad edilmiş torpaqlara, o cümlədən Cəbrayıl, Füzuli, Zəngilan, Hadrut və Şuşaya missiyasını müzakirə etdik. Ermənistanın 30 il davam etmiş hərbi işğalı böyük ekoloji ziyanla müşayiət olunub", - paylaşımda bildirilir.

Paylaş:
261

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər