“LaQuzu” restoranında “British food week” kulinariya festivalının final mərhələsi keçirilib - FOTO - VİDEO
14 mart tarixində Azərbaycan və Böyük Britaniya arasında diplomatik münasibətlərin 30-illiyinə həsr olunmuş "British food week" festivalı çərçivəsində "LaQuzu" restoranında kulinariya yarışı keçirilmişdir. Qonaqlar arasında Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp olub.
Müsabiqə iştirakçıları Böyük Britaniya və Azərbaycan mətbəxinin milli xörəklərinin birləşməsindən ərsəyə gətirilmiş təamları münsiflər heyətinə təqdim etmişlər. Qeyd etmək istəyirik ki, 5 qalib iştirakçının hazırladığı yeməklər Böyük Britaniyanın Bakıdakı səfirliyinin gündəlik menyusuna daxil olacaq.
Tədbirin sonunda qonaqlara eksklüziv şəkildə hazırlanmış, Azərbaycan mətbəxinin incisi sayılan Şah plov təqdim olunmuşdur. Qalib gələn iştirakçılar tədbirin sponsorları və restoran tərəfindən hədiyyələrlə təltif olunmuşlar.
İki xalq arasındakı dostluğun rəmzi olan bu festivalda bizi seçdikləri üçün “LaQuzu” #ByCafeCity restoranı adından başda "Azeri Home Chef " kollektivi olmaqla tədbirin təşkilatçılarına dərin minnətdarlığımızı bildiririk.
Reklam hüququnda