Qarabağda minaların təmizlənməsi prosesi uğurla davam edir - Britaniya səfiri
Qarabağda minaların təmizlənməsi prosesi uğurla davam edir.
1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp deyib.
"Bu proses ilk növbədə yüz minlərlə məcburi köçkünün doğma yurdlarına qayıda bilməsi üçün çox vacibdir", - səfir deyib.
Onun sözlərinə görə, Böyük Britaniya əvvəlki kimi Azərbaycan Minatəmizləmə Agentliyinə minaların təmizlənməsi prosesində, eləcə də insanların mina təhlükəsi barədə məlumatlandırılmasında hər cür dəstəyi göstərir.
Səfir, həmçinin bildirib ki, özü şəxsən Böyük Britaniya şirkətlərinin minatəmizlmə üzrə məşğələlər keçdiyi Cəbrayıl rayonunda olub.
661