Polşa aviaşirkəti Bakıya birbaşa aviareyslər həyata keçirəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Polşa aviaşirkəti Bakıya birbaşa aviareyslər həyata keçirəcək

11:54 - 22 / 03 / 2022
Polşa aviaşirkəti Bakıya birbaşa aviareyslər həyata keçirəcək

Polşanın "Polskie Linie Lotnicze" (LOT) aviaşirkəti Azərbaycanın paytaxtı Bakıya birbaşa aviareyslər həyata keçirəcək.

1news.az Trend-ə istinadən bildirir ki, bu barədə aviaşirkətin "Twitter" səhifəsində deyilir.

Məlumata əsasən, aviaşirkətin Bakıya ilk uçuşu mayın 27-si Varşavanın Frederik Şopen adına hava limanından həyata keçiriləcək.

"Uçuşlar həftədə dörd dəfə - çərşənbə axşamı, çərşənbə, cümə və şənbə günləri yerinə yetiriləcək", - deyə açıqlamada deyilir.

1news.az

Paylaş:
452

Son xəbərlər

Bütün xəbərlər