Azərbaycanda Rusiyaya məxsus təyyarələrə həbs qoyulmayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda Rusiyaya məxsus təyyarələrə həbs qoyulmayıb

S.Xankişiyeva11:36 - 23 / 03 / 2022
Azərbaycanda Rusiyaya məxsus təyyarələrə həbs qoyulmayıb

Rusiya Federasiyası Nəqliyyat Nazirliyi tərəfindən Azərbaycanda Rusiya təyyarələrinin həbs edilməsi barəsində verilmiş açıqlama həqiqəti əks etdirmir və təəccüb doğurur.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, Azərbaycanda Rusiya Federasiyasına məxsus təyyarələr üzərində həbs qoyulmayıb. Rusiyanın aidiyyəti təşkilatlarını həqiqəti əks etdirməyən bu məlumatı təkzib etməyə çağırırıq.

Paylaş:
412

Son xəbərlər

Bütün xəbərlər