Göygöl donub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Göygöl donub – FOTO

S.Xankişiyeva15:07 - 24 / 03 / 2022
Göygöl donub – FOTO

Bu ilin soyuq mart ayı daha bir sürprizlə yadda qalıb. Bol qarlı mart bu dövr üçün xarakterik olmayan şaxta ilə də müşayiət olunduğundan Göygölün suyu donaraq buz bağlayıb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Firuddin Əliyev deyib:

“Hazırda gölün üzərində 2-3 sm qalınlığında buz qatı yaranıb ki, bu da son illərin nadir təbiət hadisələrindəndir”.

F.Əliyevin sözlərinə görə, bahar fəslində Göygölün üst hissəsinin donması turistlərin də böyük marağına səbəb olub:

"Yaz dövründə çox az hallarda qeydə alınan bu mənzərəni görmək üçün ziyarətçiləri hələ davam edən tətil günlərində Göygöl Milli Parkına gəlməyə, gecikmiş qış mənzərəsindən zövq almağa dəvət edirik".

Paylaş:
816

Son xəbərlər

Bütün xəbərlər