Bakıda humanitar minatəzimləmə fəaliyyəti ilə bağlı keçirilən beynəlxalq konfransın yekun qənaətləri açıqlanıb | 1news.az | Xəbərlər
Siyasət

Bakıda humanitar minatəzimləmə fəaliyyəti ilə bağlı keçirilən beynəlxalq konfransın yekun qənaətləri açıqlanıb

S.Xankişiyeva12:02 - 02 / 04 / 2022
Bakıda humanitar minatəzimləmə fəaliyyəti ilə bağlı keçirilən beynəlxalq konfransın yekun qənaətləri açıqlanıb

Azərbaycan Respublikası Hökuməti, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və BMT-nin İnkişaf Proqramının (UNDP) birgə təşkilatçılığı aprelin 1-də Bakıda “Humanitar minatəzimləmə fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda beynəlxalq konfrans keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, 37 ölkədən nümayəndələrin qatıldığı konfransın iştirakçıları tədbirin təşkilinə, əməkdaşlığa və dəstəyə görə Azərbaycan Hökumətinə, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə və BMT-nin İnkişaf Proqramına səmimi minnətdarlığını bildiriblər.

Məqsədi minatəmizləmə sahəsində fəaliyyət göstərən beynəlxalq ictimaiyyət nümayəndələrini, minatəmizləmə təşkilatlarını, dövlət qurumlarını və vətəndaş cəmiyyətini təmsil edən əsas tərəfdaşları bir araya gətirərək minaların insan həyatına və əmin-amanlığa yaratdığını təhlükələrin qarşısını almaq üçün humanitar minatəmizləmə fəaliyyətinin əhəmiyyətini müzakirə etmək olan konfransda humanitar minatəmizləmə fəaliyyətinin davamlı sülhün bərqərar olmasında və sosial-iqtisadi inkişafın əldə edilməsində rolu və BMT-nin” 2030 Dayanıqlı İnkişaf Gündəliyi”nin həyata keçirilməsi, xüsusilə “zorakılığın bütün formalarını və əlaqədar ölüm hallarının əhəmiyyətli dərəcədə azaltmağı” hədəf qoyan 16-cı DİM-in icrası arasında əlaqələrin araşdırılması diqqət mərkəzində tutulub.

Zəngin mədəniyyətlər-arası və multidisiplinar bilik və təcrübə mübadiləsi mühitində keçirilmiş konfransda dünyada tətbiq edilən ən mütərəqqi texnologiyalarla bağlı qabaqcıl praktikalara, eləcə də intensiv minatəmizləmə fəaliyyətləri nəticəsində əldə olunan nəticələrə dair geniş müzakirə aparılıb, hazırda münaqişədən əziyyət çəkmiş bölgələrdə iri bərpa və quruculuq işləri həyata keçirən Azərbaycan üçün bu təcrübələrin həddən artıq dəyərli olduğu vurğulanıb.

Konfransın nəticələri və tövsiyələri maraqlı tərəfləri işbirliyini gücləndirməyə və daha geniş əməkdaşlıq naminə imkanları nəzərdən keçirməyə çağırır. Milli səviyyədə minatəmizləmə forumu kimi donor əlaqələndirmə mexanizmlərinin qurulması təklif edilir. Texniki səviyyədə başlıca çağırışları (Ərazinin minalardan azad edilməsini, İnformasiya idarəetməsini, Partlayıcı sursatların təhlükəsinə dair maarifləndirməni, Qurbanlara yardımı) əhatə etmək üçün sahəvi işçi qruplarının yaradılması tövsiyə olunur.

Qeyd edək ki, konfransın sənədləri və müzakirələrin icmalı, müəyyən edilmiş problemlər və imkanlar, növbəti addımlara dair tövsiyələr toplu şəklində dərc edilərək, geniş auditoriyanın sözügedən sahənin inkişafı barədə məlumatlılığını təmin etmək və ən əsası, humanitar minatəmizləmə proqramlarına davamlı yatırımların əhəmiyyətini anlamaq imkanını qazandıracaq.

Tədbir iştirakçıları, həmçinin konfransda təşviq edilmiş çoxtərəfli və multidissiplinar yanaşma sülh quruculuğu, dayanıqlı inkişaf və humanitar minatəmizləmə fəaliyyətlərində beynəlxalq əməkdaşlıq baxımından yeni fürsətlər açdığını qeyd ediblər. Bildirilib ki, bütün səviyyələrdə tərəfdaşlıqlar qurulmadan humanitar minatəmizləmə fəaliyyətinin dayanıqlılığını təmin etmək mümkün deyil.

İştirakçılar təsdiqləyiblər ki, Azərbaycanda humanitar minatəmizləmə proqramları üçün zamanında və davamlı maliyyəşməni təmin etmək üçün dayanıqlı dəstək və maliyyə mexanizmləri yaradılmalı, layihə əsaslı maliyyə strukturlarından inteqrasiya olunmuş mexanizmlərə keçidin zərurəti qəbul edilməlidir.

Tədbirdə minatəmizləmə və hamı üçün daha yaxşı, təhlükəsiz və dayanıqlı gələcəyə doğru ölçüləbilən irəliləyişlər arasında sinergiyanı gücləndirmək və ondan yararlanmaq məqsədilə humanitar minatəmizləməni ehtiva edən yeni Dayanıqlı İnkişaf Məqsədinin qəbul olunmasının nəzərdən keçirilməsi tövsiyə olunub.

Eyni zamanda, vurğulanıb ki, humanitar minatəmizləmə fəaliyyəti dayanıqlı inkişaf baxımından olduqca vacibdir və həyatların xilas edilməsi, xəsarətlərin qarşısının alınması, infrastruktur, təhsil və kənd təsərrüfatı sahələrinin bərpası üçün həlledici əhəmiyyət kəsb edir. Bundan əlavə, iştirakçılar münaqişənin təsirinə məruz qalan bölgələrdə davam edən bərpa və quruculuq səylərini dəstəkləmək naminə humanitar minatəmizləmə sahəsində Azərbaycana göstərilən yardımların gücləndirilməsinin əhəmiyyətini vurğulayaraq qeyd ediblər ki, partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə və mina qurbanlarına yardım bütün minatəmizləmə fəaliyyətlərinin mühüm tərkib hissəsini təşkil etməlidir.

Diqqətə çatdırılıb ki, humanitar minatəmizləmə sahəsində potensialın artırılması və təcrübə mübadiləsi davamlı münasibətlər, etibar əsasında təşəkkül tapan və uzunmüddətli öhdəlikləri şərtləndirən davamlı bir prosesdir.

Əlavə olaraq vurğulanıb ki, potensialın artırılması və təcrübə mübadiləsi bütün maraqlı tərəflər arasında davamlı dialoq və maarifləndirmə tələb edir. Beləliklə, bu konfransın humanitar minatəmizləmə sahəsində praktiki təcrübənin və çıxarılan nəticələrin davamlı mübadiləsi üçün bir platforma təşkil etdiyini nəzərə alaraq, onun Azərbaycanda müntəzəm olaraq illik əsasda keçirilməsi tövsiyə olunub.

Paylaş:
338

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər