Azərbaycanda rəqəmsal icra hakimiyyəti portalı yaradılacaq | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanda rəqəmsal icra hakimiyyəti portalı yaradılacaq

S.Xankişiyeva17:50 - 04 / 04 / 2022
Azərbaycanda rəqəmsal icra hakimiyyəti portalı yaradılacaq

Azərbaycanda yerli icra hakimiyyəti orqanları tərəfindən göstərilən elektron xidmətlərin sayının artırılması və səmərəliliyinin yüksəldilməsi məqsədilə həmin xidmətlərin Elektron Hökumət Portalına inteqrasiya olunmuş vahid rəqəmsal icra hakimiyyəti portalı üzərindən göstərilməsi planlaşdırılır.

1news.az-ın verdiyi xəbərə görə, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nda öz əksini tapıb.

Sənədə əsasən, sözügedən vəzifənin icrası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (“ASAN Xidmət”) həvalə olunub.

Yerli icra hakimiyyəti orqanlarının xidmətlərinin təhlil edilməsi və mövcud infrastrukturun qiymətləndirilməsi, rəqəmsal icra hakimiyyəti portalının ilkin versiyasının hazırlanması və yoxlanılması, rəqəmsal icra hakimiyyəti portalının tam həcmdə fəaliyyət göstərməsi nəzərdə tutulub.

Mövzu ilə əlaqədar oxuyun:

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair Milli Fəaliyyət Planı təsdiqləndi

Paylaş:
861

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər