Azərbaycan Prezidenti İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktorunu qəbul edib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan Prezidenti İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktorunu qəbul edib - YENİLƏNİB

Qafar Ağayev15:40 - 04 / 04 / 2022
Azərbaycan Prezidenti İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktorunu qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru xanım Katrin Bombergeri qəbul edib.

"Report"un xəbərinə görə, dövlət başçısı birinci Ermənistan-Azərbaycan müharibəsindən etibarən 3890 nəfər azərbaycanlının itkin düşmüş hesab olunduğunu, onların bir çoxunun işgəncələrə məruz qaldığını və öldürülərək Ermənistan tərəfindən kütləvi məzarlıqlarda basdırıldığını qeyd edib. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan humanitar xarakter daşıyan bu məsələ ilə bağlı dəfələrlə Ermənistan tərəfinə müraciət etsə də, Ermənistan tərəfindən konstruktiv əməkdaşlıq və xoş niyyət nümayiş olunmayıb.

Dövlət başçısı bu yaxınlarda Xocavəndin Edilli kəndində belə bir kütləvi məzarlığın müəyyən olunduğunu, qazıntı işləri apararaq orada basdırılmış şəxslərin qalıqlarının aşkara çıxarıldığını və bu qalıqların DNT analiz təyinatlı laborator müayinələrə təqdim edildiyini diqqətə çatdırıb.

Prezident İlham Əliyev itkin düşmüş şəxslər məsələsinin daim dövlətimizin gündəliyində olduğunu, bunun Avropa İttifaqı və digər beynəlxalq təsisatlarla da müzakirə edildiyini vurğulayıb.

Azərbaycanın bu sahədə texniki imkanlarını genişləndirdiyini qeyd edən dövlətimizin başçısı ölkəmizdə yeni modul laboratoriyaların qurulduğunu, xüsusi dron uçuş aparatlarının və digər ləvazimatların alındığını, cəlb olunmuş mütəxəssislərin peşə qabiliyyətlərinin artırıldığını diqqətə çatdırdı. İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın təcrübəsinin və imkanlarının ölkəmiz üçün çox vacib olduğunu qeyd etdi, bu komissiyanın dünyanın müxtəlif ölkələrində uğurlu fəaliyyət göstərdiyini diqqətə çatdırdı.

Katrin Bomberger itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi məsələsində Azərbaycanla yaxından əməkdaşlıq etməyə hazır olduğunu bildirdi. Qeyd etdi ki, təşkilat dünyanın müxtəlif ölkələrində, o cümlədən Qərbi Balkanlarda genişmiqyaslı fəaliyyət göstərib və itkin düşmüş hesab olunan minlərlə insanın taleyini müəyyən edərək onların ailəsinə məlumat verilməsində öz rolunu oynayıb.

DNT analiz nümunələrinin toplanması və laborator analizlər vasitəsilə insanların şəxsiyyətinin müəyyən edilməsinin vacibliyini bildirən Katrin Bomberger Azərbaycanda itkin düşmüş şəxslər üzrə məlumat bazasının yaradılması, kütləvi məzarlıqlarda birgə qazıntıların aparılması, yerli mütəxəsslərinin peşəkarlıqlarının artırılması kimi işlərə öz töhfəsini verməyə hazır olduğunu dedi. O, əlavə etdi ki, itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi etimadın yaradılması və davamlı sülhün təmin edilməsi baxımından vacibdir.

İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru səfər çərçivəsində bir sıra görüşlər keçirəcəyini və Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə əməkdaşlığa dair niyyət protokolunun imzalanacağını və praktiki işə başlayacaqlarını diqqətə çatdırdı.

***

Saat 11:30

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru Katrin Bombergeri qəbul edib.

1news.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Paylaş:
371

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər