ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək - Ağ Ev
Aprelin 6-da ABŞ hakimiyyəti Rusiya Federasiyasına qarşı yeni sanksiyalar elan edəcək, məhdudiyyətlər Rusiyanın maliyyə təşkilatlarına, dövlət müəssisələrinə və məmurlarına şamil olunacaq.
1news.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Ceyn Psaki bildirib.
Ağ Evin mətbuat katibinin sözlərinə görə, ABŞ-ın əlavə sanksiyaları Rusiyaya yeni investisiyaların qadağasını da əhatə edəcək və həmçinin ölkənin əsas güc alətlərini zəiflətməyə hesablanacaq:
"Bunlara Rusiyaya bütün yeni investisiyaların qadağası, maliyyə institutlarına və dövlət müəssisələrinə qarşı sanksiyaların artırılması, Rusiya hökumətinin nümayəndələri və onların ailə üzvlərinə qarşı sanksiyalar daxildir".
1news.az
289